COVİD-19-DAN SAĞALAN GƏNCLƏRDƏ SPECKLE TRACKING EXOKARDİOQRAFİYANIN ERKƏN MİOKARD DİSFUNKSİYASININ AŞKAR EDİLMƏSİNDƏ FAYDALILIĞI VƏ PROQNOSTİK ƏHƏMİYYƏTİ
DOI
https://doi.org/10.34921/amj.2025.2.009Açar sözlər
COVID-19, exokardioqrafiya, miokard distrofiyasıXülasə
Məqalədə COVID-19-dan sağaldıqdan bir neçə ay sonra ilk dəfə yaranmış şikayətlərlə kardioloqa müraciət edən gənc pasiyentlərdə qlobal miokard kontraktiliyini və onun proqnostik dəyərini qiymətləndirmək məqsədilə aparılmış tədiqat işi haqqında məlumat verilmişdir. Əsasa qrupa 2-6 ay əvvəl COVİD-19 keçirmiş 73 xəstə kontrol qrupuna əvvəllər SARS-CoV-2-yə yoluxmamış 59 gənc daxil edilmişdir. Tədqiqata cəlb edilən şəxslərdə standart transtorakal exokardioqrafiyaya (TTE) əlavə olaraq, ikiölçülü speckle tracking (“ləkə izləmə”) exokardioqrafiyası (2D-STE) vasitəsilə sol mədəciyin uzununa, dairəvi və radial qlobal deformasiyası (LV GLS, GCS, GRS), LV bazal və apikal seqmentlərinin regional deformasiyası, rezervuar fazada sol qulaqçığın deformasiyası (LASr), sağ mədəciyin sərbəst divarının deformasiyası (RV FWS) qiymətləndirilmişdir. Kontrol müayinələr 6 və 12 aydan sonra aparılmışdır. Preklinik miokard zədələnməsinin aşkarlanmasında 2D-STE-nin TTE-yə nisbətən daha artıq informativliyə malik olduğu aşkar edilmişdir. Kontrol COVID-19 keçirmiş xəstələrin 72,6%-də ürəyin bütün kameralarının deformasiyaedici qabilliyətinin azalması, həmçinin sol mədəciyin (LV-nin) bazal seqmentlərin regional deformasiyasının pozulması aşkar edilib. 2D-STE-nin birillik dinamik müşahidəsi göstərmişdir ki, LV deformasiya pozulması aradan qalxmır, bəzi hallarda diastolik miokard disfunksiyasına və sol ürəyin arzuolunmaz remodelləşməsinə (sol mədəciyin hipertrofiyası, sol qulaqçının böyüməsi) doğru irəliləyir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


