LƏNKƏRAN-ASTARA İQTİSADİ RAYONUNDA DİABETİK NEFROPATİYANIN YAYILMASI
DOI
https://doi.org/10.34921/amj.2022.1.026Açar sözlər
diabetik nefropatiya, xronik böyrək çatışmazlığı, xəstəliyin yayılmasıXülasə
Məqalədə Lənkəran-Astara iqtisadi rayonunda müraciət əsasında diabetik nefropatiyanın yayılmasının araşdırılması məqsədilə aparılmış tədqiqat işi barədə məlumat verilmişdir. Müraciət edən pasiyentlər planlı olaraq böyrəklərin ultrasəs müayinəsi, qanın ümumi və biokimyəvi müayinəsi, sidiyin ümumi analizi və s. müayinələrdən keçmişlər. Statistik analiz keyfiyyət göstəricilərinə əsasən aparılmışdır.
Məlum olmuşdur ki, Lənkəran-Astara iqtisadi rayonunda şəkərli diabet xəstələri arasında diabetik nefropatiyanın yayılması 4,03±0,16%-ə bərabərdir. Xronik böyrək çatışmazlığına (XBÇ) səbəb olan xəstəliklər arasında diabetik nefropatiya xronik qlomerulonefritdən sonra ikinci yeri tutmuşdur. İldən-ilə keçdikcə diabetik nefropatiyanın XBÇ strukturundakı payı artmışdır. Belə ki, bu fərq 2008-ci ildə 2007-ci ilə nisbətən, həmçinin 2012-ci ildə 2011-ci ilə nisbətən statistik etibarlı olmuşdur (t>2, p<0,05).
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


