ERKƏN YAŞLI UŞAQLARDA KƏSKİN RESPİRATOR XƏSTƏLİKLƏR ZAMANI İL-21 VƏ γ-İNF SƏVİYYƏSİ

Müəlliflər

  • I.E. Hüseynova Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının doktorantı, Bakı, Azərbaycan
  • Ə.Q. Həsənov Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrası

DOI

https://doi.org/10.34921/amj.2021.4.006

Açar sözlər

kəskin respirator xəstəliklər, immun sistem, sitokinlər

Xülasə

Məqalədə erkən yaşlı uşaqlarda tənəffüs yolları xəstəlikləri zamanı sitokin sistemində baş verən dəyişiklikləri öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata tənəffüs yollarının müxtəlif xəstəlikləri ilə ambulator və stasionar müalicə alan hər iki cinsdən olan 59 erkən yaşlı uşaq daxil edilmişdir. Kontrol qrup kimi 20 praktik sağlam uşaq götürülmüşdür. Əsas qrupa daxil olan xəstələr diaqnoza əsasən 2 yarımqrupa bölünmüşdür: I yarımqrupa kəskin respirator xəstəliyi (KRX) olan 37 xəstə, II yarımqrupa digər tənəffüs yolları xəstəlikləri olan 22 uşaq daxil edilmişdir. Tədqiqata cəlb olunmuş xəstə və sağlam uşaqlarda immun göstəricilər – qan serumunda ELİSA metodu ilə İL-21 konsentrasiyası, immunoferment analizi (İFA) metodu ilə γ-İNF konsentrasiyası təyini edilmişdir. Tədqiqat göstərmişdir ki, I yarımqrupda xəstələrin qan serumunda İL-21 konsentrasiyası kontrol qrupdakına nisbətən 2,2 dəfə, II yarımqrupda kontrol qrupdakına nisbətən 3,2 dəfə artır. γ-İNF konsentrasiyası I yarımqrupda kontrol qrupa nisbətən 1,9 dəfə artmış, II yarımqrupda isə 1,7 dəfə azalmışdır. Beləliklə, aparılan tədqiqatın nəticələrinə əsasən demək olar ki, erkən yaşlı uşaqlarda tənəffüs yolları xəstəliklərində İL-21 və γ-İNF klinik diaqnostik əhəmiyyət daşıya bilər. Açar sözlər: kəskin respirator xəstəliklər, immun sistem, sitokinlər

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2022-03-04

Necə istinad edilir

Hüseynova, I., & Həsənov, Ə.Q. (2022). ERKƏN YAŞLI UŞAQLARDA KƏSKİN RESPİRATOR XƏSTƏLİKLƏR ZAMANI İL-21 VƏ γ-İNF SƏVİYYƏSİ. Azərbaycan Tibb Jurnalı, (4), 36–40. https://doi.org/10.34921/amj.2021.4.006

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR