PLEVRAL EMPİYEMANIN İNKIŞAFINDA AĞCİYƏRLƏRİN POST-COVID DƏYİŞİKLİKLƏRİ

Müəlliflər

  • O.K. Romaniuk Sumı Dövlət Universiteti
  • N.İ. Hiriavenko Sumı Dövlət Universiteti
  • S.O. Holubniçyi Sumı Regional Klinik Xəstəxanası
  • Y.M. Lındina Sumı Dövlət Universiteti
  • R. Aksençuk Royal London Xəstəxanası
  • M.V. Lupır Xarkov Dövlət Tibb Universiteti
  • V.N. Dudenko Xarkov Dövlət Tibb Universiteti
  • A.M. Romanyuk Sumı Dövlət Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.1.013

Açar sözlər

COVID-19, COVID-19-dan sonra ağırlaşmalar, pnevmoniya, ağciyər ağırlaşmaları, empiyema

Xülasə

Məqalədə COVID-19-dan sonra orqanizmdə baş verən dəyişiklikləri əks etdirən klinik müşahidənin nəticələri təqdim edilmişdir. Burada COVID-19-dan sonra inkişaf edən ağır kəskin respirator disstres sindromu (ARDS) və geniş yayılmış plevropulmonar zədələnmələrlə müşayiət edilən ciddi ağciyər ağırlaşmaları diqqət mərkəzindədir. Klinik gedişat, kompüter tomoqrafiyanın nəticələri, laborator göstəricilərdəki dəyişikliklər və histopatoloji təsvirlər təhlil edilmiş, COVID-19 ilə əlaqəli ağırlaşmaların sistem xarakterli təsirləri və patogenezi barədə məlumat verilmişdir.
Döş qəfəsinin kompüter tomoqrafiyasının (KT) nəticələrində ikitərəfli interstisial ağciyər zədələnməsi (70%-ə qədər) ilə yanaşı, interstisial viral və daha sonra poliseqmental pnevmoniya törəndiyi müşahidə edilmişdir. Laborator müayinələrdə qanın ümumi və biokimyəvi analizləri və koaqulyasiya profilində əhəmiyyətli dinamik dəyişikliklər müəyyən edilmişdir. Biopsiya materialının immunohistokimyəvi müayinəsində güclü makrofaq infiltrasiyası və T-limfositlərin üstünlük təşkil etdiyi müşahidə edilmişdir. B limfositlər ya aşkar edilməmiş, ya da tək-tək qeydə alınmışdır. Eyni zamanda, həm xəstəliyin aktiv mərhələsində, həm də post-infeksion dövrdə autoimmun miokardit əlamətləri müşahidə edilmişdir.
COVID-19 xəstəsində müşahidə olunan ağciyər patologiyası ağır vaskulit, mikrovaskulyar tromboz və qanaxmalarla müşayiət olunmuşdur. Bu klinik hal COVID-19-un ağır sistem patologiyası olduğunu göstərir və alveollararası kapillyarlarda mikrotrombozların inkişafı, kəskin respirator distress sindromu, interstisial pnevmoniyanın proqressiyası, ağciyər parenximasında və plevrada destruktiv proseslərin formalaşmasını əks etdirir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-03-19

Necə istinad edilir

Romaniuk, O., Hiriavenko, N., Holubniçyi, S., Lındina, Y., Aksençuk, R., Lupır, M., … Romanyuk, A. (2025). PLEVRAL EMPİYEMANIN İNKIŞAFINDA AĞCİYƏRLƏRİN POST-COVID DƏYİŞİKLİKLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 74–81. https://doi.org/10.34921/amj.2025.1.013

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR