BÖYRƏKLƏRİN QEYRİ-DİABET MƏNŞƏLİ XRONİK XƏSTƏLİYİ ZAMANI ENDOTELİN FUNKSİONAL VƏZİYYƏTİNƏ EMPAQLİFLOZİNİN TƏSİRİ
DOI
https://doi.org/10.34921/amj.2025.1.006Açar sözlər
empaqliflozin, endoteldən asılı vasodilatasiya, böyrəklərin xronik xəstəliyiXülasə
Məqalədə qeyri-diabet mənşəli xronik böyrək xəstəliyinin 1-3-cü mərhəsi olan xəstələrində (XBX) Empaqliflozinin endoteldən asılı vazodilatasiyaya (EAVD) təsirini müxtəlif aspektlərdən öyrənilmək məqsədilə aparılmış tədqiqat işi haqqdında məlumat verilmişdir. Tədqiqata 1-3-cü mərhələ XBX olan, böyrək biopsiyası ilə qlomerulonefrit diaqnozu təsdiqlənmiş 120 xəstə cəlb edilmişdir. Xəstələr XBX mərhələsinə görə üç qrupa bölünmüş və hər qrup özlüyündə iki yarımqrupa ayrılmışdır: A yarımqrupu empaqliflozin 10 mq qəbul edənlər, B yarımqrupu isə yalnız əsas müalicə alanlar. Müalicə başlanmazdan əvvəl və 3 ay sonra EAVD reaktiv hiperemiya testi ilə ölçülmüşdür.
Nəticələr göstərmişdir ki, empaqliflozin alan xəstələrdə EAVD səviyyəsində əhəmiyyətli yaxşılaşma müşahidə olunmuşdur. Xüsusilə, 3A yarımqrupunda müalicədən sonra EAVD-nin normal həddə qalxma faizi 17,4%-dən 56,25%-ə qədər artmışdır (p<0,0001). 2A yarımqrupunda isə bu göstərici 45,5%-dən 91,9%-ə çatmışdır (p><0,0001). Əksinə, empaqliflozin almayan xəstələrdə EAVD səviyyəsində əhəmiyyətli dəyişiklik qeydə alınmamışdır (p > 0,05).
Beləliklə, empaqliflozinin qeyri-diabetik XBX olan şəxslərdə endotelin funksional vəziyyətini yaxşılaşdır dığı və damarların vazodilatasiya qabiliyyətini artırdığı müəyyən edilmişdir. Bu nəticələr, II-ci tip natrium qlükoza kotransporterin inhibitorlarının qeyri-diabetik XBX xəstələri üçün də faydalı ola biləcəyini göstərir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


