ONKOLOJİ XƏSTƏLƏRİN CƏRRAHİ VƏ KONSERVATİV MÜALİCƏSİNİN BURUN-UDLAQ YOLU MİKROBİOTUNA TƏSİRİ

Müəlliflər

  • S.N. Cavadzadə

DOI

https://doi.org/10.34921/amj.2025.1.002

Açar sözlər

onkoloji xəstələr, bakterial infeksiyalar, ağciyər xərçəngi, mikrobioma, patogen göbələkciklər

Xülasə

Məqalədə onkoloji xəstələr arasında ikincili bakterial infeksiyaların və onların növ spektrinin yayılma dərəcəsini müəyyən etmək məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilmişdir. Tədqiqata ağciyər xərçənginə görə operativ müalicə edilmiş 65 və bədxassəli solid şişə görə kimyaterapiya alan 100 onkoloji xəstə daxil edilmişdir. Xəstələrin burun-udlağından ifraz edilən seliyin və bəlğəmin bakterioloji və mikoloji müayinəsi aparılmışdır. Həm cərrahi əməliyyat olunan ağciyər xərçəngi xəstələrində, həm də kimyatreapiya alan xəstələrdə qram-mənfi bakteriyalar üstünlük təşkil etmişdir və onların əksəriyyəti qeyri-patogen infeksiyalar olmuşdur. Ağciyər xərçəngi xəstələrində əməliyyatdan sonra qram-mənfi bakteriyaların sayında əvvəlki nəticələrlə müqayisədə 2,1 dəfə (p=0,01) azalma, göbələkciklərin sayında isə nisbi artım müəyyən edilmişdir. Kimyaterapiya alan xəstələrdə isə kimyaterapiyadan sonra bakteriya ştamlarının sayının – 31,2%, göbələkciklərin sayının – 2,5 dəfə artması qeydə alınmışdır. Onkoloji xəstələrdə bakteriyalar ara sında daha çox Klebsiella pneumoniae, Pseudomonasaeruginosa, Escherichiacoli, Staphylococcus aureus, Strepotococcus mutans üstünlük üstünlük təşkil etmişdir.
Beləliklə, onkoloji xəstələrdə aparılan kimyaterapiya bakterial və funqal infeksiyaların artmasına səbəb olur.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-03-19

Necə istinad edilir

Cavadzadə, S. (2025). ONKOLOJİ XƏSTƏLƏRİN CƏRRAHİ VƏ KONSERVATİV MÜALİCƏSİNİN BURUN-UDLAQ YOLU MİKROBİOTUNA TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (1), 10–16. https://doi.org/10.34921/amj.2025.1.002

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR