“DUZDAĞ” FİZİOTERAPİYA MƏRKƏZİNDƏ POSTKOVİD SİNDROMLU XƏSTƏLƏRİN REABİLİTASİON MÜALİCƏSİ

Müəlliflər

  • L.İ. Allahverdiyeva Azərbaycan Tibb Universiteti
  • S.A. Ağamirzəyeva Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.1.022

Açar sözlər

COVID-19, Post-COVID sindromu, sanator-kurort müalicəsi, speleoterapiya

Xülasə

Hal-hazırda dünyada COVID-19 keçirtmiş xəstələrin reabilitasiyasına böyük ehtiyac olduğu proq-nozlaşdırılır. COVID-19-da zədələnmələrin multisistem xarakterli olması, eləcə də bu xəstələrin tibbi reabilitasiyasına yenidən baxılmasını tələb edən post-COVID sindromunun mövcudluğu sübuta yetirilmişdir. Sanator-kurort müalicəsi sahəsində müasir imkanlardan istifadə COVID-19-dan sonrakı reabilitasiya üçün effektiv ixtisaslaşmış proqramlar hazırlamağa imkan verir.
Post-COVID sindromlu xəstələrlə iş təcrübəsi müxtəlif reabilitasiya proqramlarının, xüsusən də speleo¬terapiyanın vacibliyini və zəruriliyini sübuta yetirdi. Speleoterapiya COVID-19-dan sonra tənəffüs sistemini bərpa etmək üçün ideal prosedurdur. Quru duz spreyi tənəffüs yollarının drenaj funksiyasını yaxşılaşdırır, natrium xlorid bronxların selikli qişasının ödemini əhəmiyyətli dərəcədə azaldır. Xırda dispersli duzun inhalyasiyası bakteriyaların çoxalmasının qarşısını alır və ən əsası speleoterapiya kəskin respirator distress sindromundan sonra reabilitasiyaya müsbət təsir göstərir. Azərbaycanda “Duzdağ” yeraltı speleo-xəstəxana öz potensialına görə müalicə mühitinin yaranması və onun davamlı regenerasiyasının təmin edilməsi ilə bağlı dünya speleoterapiya təcrübəsində analoqu olmayan nadir səhiyyə müəssisəsidir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-25

Necə istinad edilir

Allahverdiyeva, L., & Ağamirzəyeva, S. (2022). “DUZDAĞ” FİZİOTERAPİYA MƏRKƏZİNDƏ POSTKOVİD SİNDROMLU XƏSTƏLƏRİN REABİLİTASİON MÜALİCƏSİ. Azərbaycan Tibb Jurnalı, (1), 138–143. https://doi.org/10.34921/amj.2022.1.022

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ