MÜXTƏLİF YAŞ DÖVRLƏRİNDƏ QANAD-DAMAQ DÜYÜNÜNÜN VƏ ONUN ŞAXƏLƏRİNİN АNATOMİK XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2024.4.025Açar sözlər
qanad-damaq düyünü, böyük damaq siniri, kiçik damaq siniri, qanadabənzər kanalın siniriXülasə
Məqalədə müxtəlif yaş dövrlərində qanad-damaq düyününün topoqrafiyasını, xarici və daxili quruluşunu öyrənmək üçün aparılan tədqiqatın nəticələri təqdim edilmişdir. Tədqiqat müxtəlif yaş qruplarından (5 aylıq döldən qocalığa qədər) 50 meyit (342 preparat) və ondan başlayan sinirlər üzərində aparılıb. Tədqiqat döstərmişdir ki, 43,2% hallarda qanad-damaq düyünü qanad-damaq çuxurunun mərkəzində, 27,4%-də əng sümüyünün arxa səthində, 29,4%-də isə qanadabənzər kanalda yerləşir. Bir yaşlı uşaqlarda düyünün tərkibində çoxbucaqlı hüceyrələr olur, onların protoplazması tamamilə kiçik xromatofil bir maddə ilə doldurulur. Yeniyetmə dövründə konus formalı çıxıntılara və ondan uzanan nazik hüceyrələrə rast gəlinir. Yetkin dövrdə, konus formalı hüceyrələr istisna olmaqla, neyronların bütün formaları müşahidə edilir. Həm prenatal, həm də postnatal ontogenez dövründə öyrənilən bütün sinirlərin kəsik sahəsi daimi artır. Bu proses sinxron şəkildə baş verir. Yaşlılarda isə sinirlərdə birləşdirici toxumanın tərkibində artım müşahidə olunur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


