YOĞUN BAĞIRSAĞIN SELİKALTI VƏ ƏZƏLƏDAXİLİ SİNİR KƏLƏFİ QANQLİONLARININ HÜCEYRƏ TƏRKİBİ

Müəlliflər

  • R.E. Babayeva Azərbaycan Tibb Universiteti
  • B.M. Hüseynov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.4.023

Açar sözlər

yoğun bağırsağın sinir kələfi qanqlionları, I və II tip Dogel hüceyrələri, qlial hüceyrələr, Kajal hüceyrələri

Xülasə

Məqalədə insanın yoğun bağırsağının selikaltı və əzələdaxili sinir kələfi qanqlionlarının hüceyrə tərkibini araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə cinsiyyət və yaş fərqi nəzərə alınmadan 61 insan meyitindən götürülmüş yoğun bağırsaq preparatı, həmin orqanın üzərində aparılan cərrahi müdaxilələr nəticəsində əldə olunmuş 64 ədəd rezeksiya və biopsiya materialı hematoksilineozinlə, metilen abısı ilə boyadılmış, Van Gizon, universal impreqnasiya metodları ilə tədqiq edilmişdir. Məlum olmuşdur ki, yoğun bağırsaq kələflərinin qanqlionları ətraf toxumadan aydın şəkildə ayrılmış neyronların cisimlərindən, qlial hüceyrələrdən ibarət kompakt strukturlardır. Qanqlionlarda əksər hallarda iki morfoloji tipə aid neyronlar müəyyən edilmişdir. I və II tip Dogel hüceyrələri. I tip Dogel hüceyrələrində bir çox çıxıntılar müşahidə edilir. Bu da I tip Dogel hüceyrələrinə ulduzabənzər, uzunsov görünüş verir. II tip Dogel hüceyrələri dairəvi, oval və ya yelpikvari formaya, I tip Dogel hüceyrələrinə nisbətən daha hamar konturlara malikdir. Universal impreqnasiya metodu ilə yoğun bağırsaq kələflərinin qanqlionlarında qlial hüceyrələr və bu orqanın əzələ qişasında və selikaltı əsasında Qajalın intersitsial hüceyrələri daim müşahidə edilir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2024-12-25

Necə istinad edilir

Babayeva, R., & Hüseynov, B. (2024). YOĞUN BAĞIRSAĞIN SELİKALTI VƏ ƏZƏLƏDAXİLİ SİNİR KƏLƏFİ QANQLİONLARININ HÜCEYRƏ TƏRKİBİ. Azərbaycan Tibb Jurnalı, (4), 145–150. https://doi.org/10.34921/amj.2024.4.023

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT