KƏLLƏ ƏSASININ UZUNLUĞU VƏ ENİNİN YAŞ VƏ CİNSİ XÜSUSİYYƏTLƏRİ VƏ ONLARIN KRANİOMETRİK PARAMETR GÖSTƏRİCİLƏRİLƏ KORRELYASİYASI
DOI
https://doi.org/10.34921/amj.2024.4.021Açar sözlər
kəllə əsasının uzunluğu, kəllə əsasının eni, kraniometrik parametrlərXülasə
Məqalədə kəllə əsasının uzunluq və en parametrlərinin yaş və cinsi xüsusiyyətlərini, eləcə də onların digər kraniometrik parametrlərlə korrelyasiyasını öyrənmək məqsədilə aparılmış tədqiqatın nəticələri şərh edilmişdir. Tədqiqatda 200 kişi və qadın kəlləsindən istifadə edilmişdir: gənclik dövrü – 20, I yetkinlik dövrü – 68, II yetkinlik dövrü – 72, ahıl dövrü – 40. Tədqiqatda parametrik və qeyri-parametrik statistika üsullarından istifadə edilmişdir. Kişi yaş dövrlərinə aid kranioloji materialda kəllə əsasının uzunluq parametrinin təhlili zamanı statistik etibarlı fərq müəyyən edilməmişdir. Qadın kəllələrində kəllə əsasının uzunluq göstəriciləri yaş dövrlərinə görə F – Fisher meyarı üzrə statistik dürüst fərqlənmişdir (PF=0,045). H-Kruskal-Uollis meyarının tətbiqi zamanı belə bir fərq müəyyən edilməmişdir (PH=0,210). F – Fişer və U – Mann-Uitni meyarlarının tətbiqi həm gənclik (PF=0,002; PU=0,003), həm də II yetkinlik (PF=0,001; PU=0,002) dövrlərində kişi və qadın kəllələri arasında kəllə əsası uzunluğu parametri üzrə statistik dürüst fərq aşkar edilmişdir. Qadın və kişi kəllələrinin kəllə əsasının eninə görə təhlili I yetkinlik dövründə U-Mann-Uitni meyarı üzrə (pU=0,034), II yetkinlik dövründə isə F – Fişer və U – Mann-Uitni meyarları üzrə (pF=0,050; pU=0,033) statistik etibarlı fərq aşkar edilmişdir. Kəllə əsasının uzunluğu və eni parametrlərinin yaş dövrləri və kişi və qadın kəllələri üzrə göstəriciləri cədvəllər şəklində təqdim edilmişdir. Tədqiq olunan parametrlərin 28 kraniometrik parametr ilə korrelyasiya münasibətləri öyrənilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


