ŞƏKƏRLİ DİABET FONUNDA KORONAR REVASKULYARİZASİYAYA MƏRUZ QALMIŞ XƏSTƏLƏRDƏ COVID-19-a YOLUXMANIN KLİNİK XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

  • O.G. Musayev Mərkəzi Klinika, Bakı
  • R.L. Daşdəmirov Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu
  • F.N. İbrahimov Mərkəzi Klinika, Bakı
  • K.K. Musayev Mərkəzi Klinika, Bakı
  • G.M. Dadaşova Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu
  • Z.İ. Əlimli Mərkəzi Klinika, Bakı
  • N.Ş. Müştaqzadə Mərkəzi Klinika, Bakı

DOI

https://doi.org/10.34921/amj.2024.4.005

Açar sözlər

COVİD-19, koronar revaskulyarizasiya, şəkərli diabet, klinik nəticələr

Xülasə

Məqalədə şəkərli diabeti (ŞD) olan və koronar revaskulyarizasiya müalicəsi almış xəstələrdə COVİD-19- a yoluxmanın demoqrafik xüsusiyyətlərlə əlaqəsini və yoluxmanın klinik nəticələrə təsirini öyrənmək məqsədiylə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Klinik nəticələrdən pandemiya dövründə kəskin koronar sindrom (KKS) halları və təkrari revaskularizasiyaya ehtiyac, stasionar şəraitdə müalicə, hospitalizasiya dövründə mexaniki ventilyasiyaya ehtiyac, insult və ölüm kimi göstəricilər dəyərləndirilmişdir. Tədqiqata əvvəllər koronar revaskulyarizasiya üsulu ilə müalicə almış və COVİD-19-a yoluxmuş 620 xəstə cəlb edilmişdir. Onlardan 267-də (43,1%) komorbid ŞD olmuşdur. Tədqiqat göstərmişdir ki, yanaşı ŞD xəstəliyi olan pasiyentlərdə hospitalizasiyaya ehtiyac bu patologiyası olmayanlara nisbətən çoxdur – onlardan 27%-i (72 nəfər), ŞD olmayan xəstələrdən isə 15,6%-i (55 nəfər) hospitalizasiya edilmişdir (p0,05). ŞD xəstəliyi olanlarda mexaniki ventilyasiyaya ehtiyac bu xəstəliyi olmayanlara nisbətən bir qədər artıq (ŞD-li xəstələrdə 11,1%, ŞD olmayanlarda 3,6%) olsa da, bu göstəricinin qruplar üzrə fərqində statistik etibarlılıq aşkar edilməmişdir (p>0,05). Eləcə də insultla ağırlaşma (müvafiq olaraq 1,1% və 2,2%) və ölümlə nəticələnmə (5,7% və 5,6%) hallarının sayında da, statistik etibarlı fərq olmamışdır (p>0,05). Alınan nəticələr COVİD-19-la yoluxma zamanı koronar revaskulyarizasiya keçirmiş və ŞD-si olan xəstələrin müalicəyə çətin tabe olduğunu və daha ciddi yanaşmaya ehtiyac olduğunu göstrərir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2024-12-25

Necə istinad edilir

Musayev, O., Daşdəmirov, R., İbrahimov, F., Musayev, K., Dadaşova, G., Əlimli, Z., & Müştaqzadə, N. (2024). ŞƏKƏRLİ DİABET FONUNDA KORONAR REVASKULYARİZASİYAYA MƏRUZ QALMIŞ XƏSTƏLƏRDƏ COVID-19-a YOLUXMANIN KLİNİK XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (4), 29–34. https://doi.org/10.34921/amj.2024.4.005

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR