MÜXTƏLİF YAŞLI İNSANLARDA HİPOFİZ ÇUXURUNUN MORFOMETRİK ÖLÇÜLƏRİNİN KƏLLƏNİN FORMASINDAN ASILILIĞI

Müəlliflər

  • S.V. Şadlinskaya Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.3.025

Açar sözlər

hipofiz çuxuru, kompüter tomoqramları, kəllənin formaları, hipofiz çuxurunun uzunluq və en indeksləri

Xülasə

Məqalədə müxtəlif yaşlı insanlarda hipofiz çuxurunun morfometrik ölçülərinin kəllənin formasından asılılığını öyrənmək məqsədilə aparılmış tədqiqatın nəticələri təqdim edilmişdir. Bu məqsədlə 84 kompüter tomoqramlının retrospektiv təhlili aparılmışdır. Öyrənilən material 4 yaş qrupuna bölünmüşdür: I qrup (7-12 yaş), II qrup (13-21 yaş), III qrup (22-61 yaş), IV qrup (62 yaş və yuxarı). Kompüter tomoqrafiya müayinəsi 128-kəsikli TOSHİBA tomoqrafında aparılmışdır. Hipofiz çuxuru sagittal, aksial və koronar proyeksiyalarda tədqiq edilmişdir. Bu proyeksiyalar çuxurun bütün detallarını görməyə imkan verir. Şəkillərə baxmaq üçün RadiAnt DICOM Viewer proqramından istifadə edilmişdir. Tədqiqat nəticəsində hipofiz çuxurunun oval, girdə və yastı formaları müəyyən edilmişdir. Hipofiz çuxurunun orta və arxa maili çıxıntılararası məsafəsinin kəllə eninə nisbəti istər bütün formalı kəllələrdə bir-birinə yaxın olmuş və statistik etibarlı şəkildə fərqlənməmişdir. Hipofiz çuxurunun boylama ölçüsünün kəllə uzunluğuna nisbətinin təhlili zamanı kəllənin hər üç formasında statistik etibarlı fərq aşkar edilmişdir. Arxa maili çıxıntılararası məsafənin kəllənin eninə nisbəti isə 7-12 yaş qrupunda dairəvi formada və 62 və yuxarı yaş qrupunda yastı formada digər formalara nisbətdə kiçik olur. Hipofiz çuxurunun boylama ölçüsünün kəllənin uzunluğuna nisbətinin ən kiçik rəqəmi 7-12 yaş qrupunda yastı və oval formada, ən böyük rəqəmi isə 22-61 yaş qrupunda yastı formada qeyd olunur.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2024-10-25

Necə istinad edilir

Şadlinskaya, S. (2024). MÜXTƏLİF YAŞLI İNSANLARDA HİPOFİZ ÇUXURUNUN MORFOMETRİK ÖLÇÜLƏRİNİN KƏLLƏNİN FORMASINDAN ASILILIĞI. Azərbaycan Tibb Jurnalı, (3), 146–152. https://doi.org/10.34921/amj.2024.3.025

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT