YETKİN YAŞLI İNSANLARDA KƏLLƏNİN PARAMETRLƏRİNİN VƏ BEYNİN YAN MƏDƏCİKLƏRİNİN FƏRDİ XÜSUSİYYƏTLƏRİ, ONLARIN VENOZ-LİKVOR ƏLAQƏLƏRİNİN TİPLƏRİNƏ GÖRƏ FƏRQLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2024.85.45.001Açar sözlər
kraniometrik metod, stereotopoqrafiya, baş beyninin sərt qişası, venoz ciblər, baş beyni mədəcikləri, kəllənin formalarıXülasə
Məqalədə başın uzunluq və eninin, kəllənin hündürlüyünün və beynin yan mədəciklərinin metrik diapazonlarının fərdi xüsisiyyətlərini, həmçinin beynin venoz sistemi ilə beyin-onurğa beyni mayesinin qarşılıqlı əlaqələrini təhlil etmək üçün aparılmış kraniometrik tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat göstərmişdir ki, dolixosefal kəllə formasına malik olan kişi və qadınlarda başın, kəllə boşluğunun və yan mədəciklərinin boylama ölçüləri üstünlük təşkil edir. Sağ və sol mədəciklərin kraniotopoqrafik münasibətləri də müvafiq şəkildə formalaşır. Likvor sistemi obyektlərinin köndələn istiqamətli kraniometrik ölçülərinin nisbətində də müəyyən uyğunluqlar aşkar edilmişdir. Aydın olmuşdur ki, cinsiyyətdən asılı olmayaraq, başın, kəllə boşluğunun və yan mədəciklərin eninin ölçüləri dolixo-, mezo- və braxiosefal formaların ardıcıllığı üzrə artır. Bu ölçülərin öyrənilməsinin yan mədəciklərin punksiyasının icra edilməsi üçün əhəmiyyəti vardır. Kəllə əsasında beynin sərt qişasının və baş beyninin likvor-mədəcik şöbələrinin qarşılıqlı münasibətləri baxımından iki hüdudi tip ayrd edilmişdir: birinci – dənəli (səpələnmiş) tip və ikinci – magistral tip. Bundan əlavə, bu qarşılıqlı əlaqələrdə çox sayda aralıq formalar mövcuddur və yuxarı oxşəkilli ciblə köndələn ciblərin venoz axacaqları qruplarının toplantılarında da fərqlilik aşkar edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


