UŞAQLARIN CƏRRAHİ-STOMATOLOJİ QƏBULA PSİXOLOJİ ADAPTASİYASI
DOI
https://doi.org/10.34921/amj.2024.1.020Açar sözlər
stomatoloji qəbul, psixoloji adaptasiya, müalicə alqoritmiXülasə
Məqalədə uşaqların cərrahi stomatoloq qəbuluna psixoloji hazırlığına kömək edən alqoritm hazırlanmasından bəhs edilir. Tədqiqat yaşı 5-dən 11-ə qədər olan 50 uşağın müşahidəsinə əsaslanır. Ambulator şəraitdə cərrah-stomatoloqun qəbulu zamanı uşaqlarda daha çox rast gəlinən 3 qrup patologiya ayırd edilmişdir: dişlərin fizioloji əvəzlənməsi, süd dişlərində xronik periodontitin kəskinləşməsi (urgent yardım), üst damaq bitişməsinin qısalığı (planlı cərrahi müdaxilə). Uşaqlarda həyəcanlılıq səviyyəsini müəyyənləşdirmək üçün Frankl şkalasından istifadə edilmişdir.
Həkimə müraciət ərəfəsində uşaqlarda olan ağrı hissi ilə valideynlərin və həkim stomatoloqların apardığı ilkin psixoloji hazırlıq səviyyəsi arasında birbaşa asılılıq aşkar edilmişdir. Həyəcanlılığın ən yüksək səviyyəsi müvəqqəti dişlərində xronik periodontitin ağırlaşması olan uşaqlarda müşahidə edilmişdir: bu uşaqlardan 19%-də müalicədən mütləq imtina etmə, 50%-də mənfi münasibət davranışı olmuş, müsbət və tam müsbət münasibət isə müvafiq olaraq 25% və 6% uşaqda müşahidə edilmişdir.
Tədqiqata əsaslanılmaqla, uşaqların cərrah-stomatoloqun ilkin qəbuluna adekvat adaptasiyası üçün tövsiyə hazırlanmışdır. Müəlliflərin fikrincə, təklif edilən alqoritm gələcəkdə uşaqları cərrah-stomatoloqların qəbuluna psixoloji cəhətdən hazırlamağa və müalicənin qəbul edilməsini yaxşılaşdırmağa kömək edə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


