XRONİK OBSTRUKTİV AĞCİYƏR XƏSTƏLİYİ OLAN PASİYENTLƏRDƏ ÜRƏK-DAMAR SİSTEMİ RİSKİ: MENECMENT VƏ HƏYAT KEYFİYYƏTİ

Müəlliflər

  • V.Q. Sereda Regionlararası Şəxsi Heyətin İdarə Edilməsi Akademiyası
  • S.S. Salmistu Tallinn Texnologiya Universiteti
  • E.P. Merisalu Estoniya Təbiət Elmləri Universiteti
  • O.İ. Demixov Sumı Dövlət Universiteti; Estoniya Təbiət Elmləri Universiteti
  • O.O. Yezhova Sumı Dövlət Universiteti
  • S.İ. Bokova Sumı Dövlət Universiteti
  • N.V. Demixova Sumı Dövlət Universiteti; Tallinn Texnologiya Universiteti https://orcid.org/0000-0003-4139-1645

DOI

https://doi.org/10.34921/amj.2024.1.016

Açar sözlər

xronik obstruktiv ağciyər xəstəliyi, kardiovaskulyar risk, SCORE

Xülasə

Məqalədə ürək-damar xəstəlikləri riskinin səviyyəsi ilə xronik obstruktiv ağciyər xəstəlikliyi (XOAX) klinik ağırlıq göstəriciləri arasındakı əlaqələri öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bundan ötrü XOAX diaqnozu qoyulmuş 52 xəstə tədqiq edilmiş, onlarda ağciyərin forsirə edilmiş heyati tutumu öyrənilmiş və sonradan ağciyərlərin forsirə edilmiş həyati tutumunun forsirə edilmiş nəfəsvermənin birinci saniyəsinin göstəricisinə nisbəti hesablanmışdır. Həmçinin pasiyentlər GOLD (2023) meyarlarından istifadə edilməklə XOAX-ın ağırlıq dərəcələrinə görə qruplara bölünmüş və ürək-damar riskinin səviyyəsi SCORE şkalası vasitəsilə müəyyənləşdirilmişdir.
Tədqiqat göstərmişdir ki, hava kütlələrinin tənəffüs yolları üzrə hərəkətinin təkçə XOAX-ın ağırlığının əsas amili deyil, həm də xəstələrdə ürək-damar patologiyasının formalaşması və artması ilə əlaqədar olan bir hadisədir. Müəyyən edilmişdir ki, ürək-damar patologiyası riskinin artması ilə şiddətləndirilmiş nəfəsvermənin ilk saniyəsinin və Hansler indeksinin səviyyəsi arasında əlaqə olduğu aşkar edilmişdir. Bunlara isə həm GOLD-2 qrupuna daxil olan pasiyentlərdə ürək-damar riskinin informativ meyarı kimi baxmaq olar; XOAX-ın kəskinləşmələrinin tezliyinin də ürək-damar riskinin səviyyəsi ilə əlaqəsi vardır. Xəstənin gündəlik fəaliyyətinin məhdudlaşması və XOAX-ın ağırlaşması da ürək-damar riskinin səviyyəsi arasında korrelyativ əlaqə vardır. Yəni fəaliyyət məhdudlaşması və XOAX-ın klinik təzahürlərinin ifadəlilik dərəcəsinin yüksəlməsi ürək-damar riskinin tezliyinin artması ilə müşayiət edilir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-03-28

Necə istinad edilir

Sereda, V., Salmistu, S., Merisalu, E., Demixov, O., Yezhova, O., Bokova, S., & Demixova, N. (2024). XRONİK OBSTRUKTİV AĞCİYƏR XƏSTƏLİYİ OLAN PASİYENTLƏRDƏ ÜRƏK-DAMAR SİSTEMİ RİSKİ: MENECMENT VƏ HƏYAT KEYFİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (1), 103–110. https://doi.org/10.34921/amj.2024.1.016

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR