UŞAQLAR VƏ YENİYETMƏLƏR ARASINDA NOZOKOMİAL İNFEKSİYALARIN STRUKTURU VƏ RASTGƏLMƏ TEZLİYİ

Müəlliflər

  • M.H. Əliyev Azərbaycan Tibb Universitetinin Mikrobiologiya
  • İ.H. Əliyeva Naxçıvan Muxtar Respublikası Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası

DOI

https://doi.org/10.34921/amj.2023.3.016

Açar sözlər

nozokomial infeksiya, patogenlər, antibiotiklər, həssaslıq

Xülasə

Məqalədə uşaq və yeniyetmələr arasında nozokomial infeksiyaya yoluxma halları haqqında məlumatlar təqdim olunur. Eyni zamanda, aşkar olunmuş patogenlərin müxtəlif antibiotiklərə qarşı həssaslığı öyrənilmişdir. Xəstəxanadaxili tənəffüs və bağırsaq infeksiyalarına görə müayinə olunan xəstələr daha çox hallarda yaşı 11-13 yaş arasında olan şəxslərdə aşkar edilmişdir. Nazokomial respirator infeksiyaların törədiciləri arasında antibiotiklərə qarşı həssaslığı zəif olan və infeksion prosesin sürətli inkişafına səbəb ola bilən mikroorqanizmlər daha çox aşkar edilir. Eyni zamanda, xəstəxanadaxili infeksiyaların baş verməsində əsas etioloji amil kimi həm təcrid olunmuş formada, həm də assosiasiyalar şəklində təyin olunmuş qram-mənfi bakteriyalara daha çox rast gəlinir, xüsusən də Pseudomonas aeruginosa + Klebsiella pneumoniae − 25,0 ± 9,68% hallarda. Eyni zamanda 2 mikroorqanizmin iştirakı ilə yaranan bakterial infeksiyalar daha tez-tez qeydə alınır. S. aureus və K. pneumonia-nin ən aminoqlikozidlərə və sefalosporinlərə qarşı həssaslıq səviyyəsi daha yüksık olmuşdur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-09-30

Necə istinad edilir

Əliyev, M., & Əliyeva, İ.H. (2023). UŞAQLAR VƏ YENİYETMƏLƏR ARASINDA NOZOKOMİAL İNFEKSİYALARIN STRUKTURU VƏ RASTGƏLMƏ TEZLİYİ. Azərbaycan Tibb Jurnalı, (3), 96–102. https://doi.org/10.34921/amj.2023.3.016

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ