ARALIQ ARTERİAL TƏZYİQ DİAPAZONU OLAN XƏSTƏLƏRDƏ 2-Cİ TİP ŞƏKƏRLİ DİABET ZAMANI ÜRƏK-DAMAR RİSKİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.34921/amj.2023.2.010Açar sözlər
2-ci tip şəkərli diabet, arterial hipertenziya, ürək-damar riskiXülasə
Məqalədə Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının arxivində 40-60 yaş aralığında olan 450 nəfər 2-ci tip şəkərli diabet xəstəsinin (191 kişi, 259 qadın) ambulator kartlarının retrospektiv təhlilinin nəticələrinə əsaslanaraq, “130/80-139/89 mm Hg.st.” arterial təzyiq diapazonunun ürək-damar riski dərəcəsini müəyyənləşdirmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Arterial hipertenziya ACC/AHA (2017) və ESC/ESH (2018) diaqnostik meyarlarına əsaslanaraq müəyyənləşdirilmişdir. Ürək-damar riski şkalalarının istər tək-tək, istərsə də kompleks şəklində tətbiqi ilə aparılan tədqiqat göstərmişdir ki, 2-ci tip şəkərli diabet xəstələrində arterial təzyiqin “130/80 – 139/89 mm Hg.st.” diapazonuna qədər yüksəlməsi ürək-damar riskinin artması ilə nəticələnir. Arterial təzyiqin daha artıq yüksəlməsi bu riski daha çox artırır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


