YENİ TƏDRİS TEXNOLOGİYALARI ÜZRƏ TƏHSİLALANLARIN FİZİKİ FƏALLIQ SƏVİYYƏSİNİN ÜRƏK-DAMAR SİSTEMİNİN FUNKSİONAL İMKANLARINA TƏSİRİ

Müəlliflər

  • Ş.M. Balayeva Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası

DOI

https://doi.org/10.34921/amj.2021.4.024

Açar sözlər

təhsilalanlar, hərəki fəaliyyət, ürək-damar sistemi

Xülasə

Məqalədə tədris zamanı müxtəlif səviyyəli hərəki fəallıq mühitinin “Sağlam Təhsil” və ənənəvi təhsil siniflərində təhsil alan 6-9 yaşlı ibtidai sinif şagirdlərinin ürək-damar sisteminin funksional göstəricilərinə təsirini öyrənmək məqsədilə aparılan tədqiqat işi haqqında məlumat verilmişdir. Ürək-damar sisteminin funksional vəziyyətini qiymətləndirmək məqsədilə PWC170 funksional sınağı və adaptasiya potensialı göstəricisindən istifadə edilmişdir. Tədqiqat göstərmişdir ki, “Sağlam Təhsil” siniflərində yaradılan şərait təhsilalanların hərəki fəaliyyət həcminin 2-2,5 dəfə artmasına imkan verir. Məktəblilərin hərəki fəaliyyətinin artması orqanizmin funksional ehtiyatlarının yaxşılaşmasına şərait yaradır, ürək-damar sisteminin adaptasiya qabiliyyətini yaxşılaşdırır. 3-cü tədris ilinin sonunda “Sağlam Təhsil” siniflərində kafi adaptasiyalı uşaqların sayı dürüst olaraq ənənəvi təhsil siniflərindən yüksək (“Sağlam Təhsil” sinifləri – 73,4%, ənənəvi təhsil sinifləri – 57,6%; p<0,01), adaptasiya potensialının gərginliyi olan uşaqların sayı isə az olmuşdur (müvafiq olaraq 19,8% və 36,3%; p<0,01). “Sağlam Təhsil” siniflərində təhsil alan oğlanlarda üçüncü tədris ilinin sonunda PWC170 göstəricisi orta kəmiyyətinin nisbi artımı 20,0% (р˂0,005), qızlarda isə16,3% (p˂0,01) təşkil etmişdir, bu isə ənənəvi təhsil siniflərinə nisbətən 3 dəfədən yüksəkdir (müvafiq olaraq 6,0 və 5,7%). Təhsilalanların iş qabiliyyətinin saxlanılması və təhsil yorğunluğunun profilaktikası məqsədilə təlim-tərbiyə prosesində hərəki fəaliyyətin artırılması üçün tədbirlər görülməlidir

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2022-03-04

Necə istinad edilir

Balayeva, Ş.M. (2022). YENİ TƏDRİS TEXNOLOGİYALARI ÜZRƏ TƏHSİLALANLARIN FİZİKİ FƏALLIQ SƏVİYYƏSİNİN ÜRƏK-DAMAR SİSTEMİNİN FUNKSİONAL İMKANLARINA TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (4), 168–176. https://doi.org/10.34921/amj.2021.4.024

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ