POSTCOVID TƏNƏFFÜS SİNDROMU ZAMANI XƏSTƏLƏRƏ DOKSOFİLLİNİN MÜALİCƏVİ TƏSİRİ

Müəlliflər

  • А.А. Bəydəmirova Azərbaycan Tibb Universitetinin

DOI

https://doi.org/10.34921/amj.2023.1.005

Açar sözlər

uzun müddətli COVID (Long COVID), xronik COVID (Chronic COVID), doksofillin

Xülasə

Məqalədə postCOVID respirator sindromu zamanı doksofillinin effektivliyini öyrənmək məqsədi ilə aparılmış tədqiqat haqqında məlumat verilmiıdır. Tədqiqat 2021-2022-ci illərdə, 3 ay müddətində Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında ambulator olaraq aparılmışdır. Tədqiqata , müayinədən 4-12 həftə əvvəl laborator (PCR və ya antigenə ekspress-test) və rentgenoloji olaraq təsdiqlənmiş COVID-19 pnevmoniyası olan 47 xəstə cəlb edilmişdir. Xəstələrdə ümumi instrumental müayinələrlə yanaşı, öskürəyin intensivliyi  Zhan sorğusu, Medical Research Council modifikasiya olunmuş təngnəfəslik şkalası və spirometrik (FEV1-ANHT1 , FV, Tiffno indeksi) tədqiq edilmişdir. Aparılan işin məqsədinə uyğun olaraq, müalicənin əvvəlində aparılan anamnestik-sorğu şkalaları və spirometrik müayinə əsasında xəstələrdə postCOVID respirator sindromu təsdiqlənmişdir. Bütün xəstələrə aparılan müayinələrdən sonra, 2 həftə müddətinə sutkalıq 400 mq olmaqla, gündə 2 dəfə doksofillin (Puroxan) təyin edilmişdir. Klinik və / və ya spirometrik müsbət nəticə əldə edilməyən bəzi xəstələrdə isə müalicə 8 həftəyə qədər uzadılmışdır. Tədqiqat zamanı bronxdilatasiyaedici təsirə malik, metilksantin qrupunun nümayəndəsi – doksofillin ilə müalicə edilən bütün xəstələrdə öskürəyin intensivliyinin əhəmiyyətli dərəcədə azalması və tənəffüs göstəricilərinin yaxşılaşması müşahidə edilmişdir. Yekun olaraq qeyd etmək olar ki, postCOVID tənəffüs sindromu zamanı tənəffüs göstəricilərinin yaxşılaşdırılması məqsədilə xəstələrə doksofillinin 400 mq dozada təyini məqsədəuyğun hesab edilə bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-03-15

Necə istinad edilir

Bəydəmirova А. (2023). POSTCOVID TƏNƏFFÜS SİNDROMU ZAMANI XƏSTƏLƏRƏ DOKSOFİLLİNİN MÜALİCƏVİ TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (1), 36–41. https://doi.org/10.34921/amj.2023.1.005

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR