ENDOPARODONTAL ZƏDƏLƏNMƏLƏRİN MÜALİCƏSİNƏ KOMPLEKS YANAŞMA
DOI
https://doi.org/10.34921/amj.2023.1.004Açar sözlər
endoparodontal zədələnmələr, risk faktorları, indeksal qiymətləndirmə, lazer terapiyasıXülasə
Məqalədə nəticələri əks edilən tədqiqat işinin əsas məqsədi endo-parodontal zədələnmələrin (EPZ) kompleks müalicəsində diod lazeri tətbiqinin effektivliyini qiymətləndirmək olmuşdur. 150 stomatoloji pasiyentin xəstəlik tarixləri tədqiq edilmişdir, onlardan müştərək EPZ-si olan 100 xəstə və yalnız parodont xəstəliyindən əziyyət çəkən 50 xəstə arasında klinik tədqiqatlar aparılmışdır. Endo-periodontal ağırlaşmaların inkişafında zərərli vərdişlərin patogenetik rolunu xüsusi qeyd etmək lazımdır. Tütün məmulatlarından mütəmadi istifadə fonunda xəstələrin 48,0%-də diş ətinin iltihabı və periapikal nahiyədə patoloji dəyişikliklər müşahidə edilmişdir. Anamnestik məlumatların təhlili zamanı məlum olmuşdur ki, spirtli içkilərdən sui-istifadə edən EPZ-li pasiyentlərin sayı 36,0 % təşkil etmişdirsə, yalnız parodont xəstəliyi olan şəxslər arasında bu göstərici 24,0% olmuşdur. İkinci mərhələdə EPZ diaqnozu qoyulan 41 xəstə ayrılmış və müalicə alqoritmindən asılı olaraq, iki qrupa bölünmüşdür: I – standart müalicə ilə yanaşı, diod lazeri (Pikasson Life) tətbiq edilən əsas qrup (20 xəstə); II – kontrol qrupu (21 xəstə). Əsas qrupda EPZ olan xəstələrdə kompleks müalicədə diod lazerdən istifadə edildikdən sonra indeks göstəricilərinin nisbətən daha aydın yaxşılaşması və stabilləşməsi və periodontal ciblərin dərinliyində də nəzərəçarpan dinamik azalma müşahidə edilir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


