MÜXTƏLİF NÖV MEDİKAMENTOZ MÜALİCƏ ALAN ŞİZOFRENİYALI XƏSTƏLƏRDƏ BRUKSİZM VƏ STOMATOLOJİ STATUS
DOI
https://doi.org/10.34921/amj.2021.4.017Açar sözlər
bruksizm, stomatoloji status, şizofreniyaXülasə
Şizofreniyalı 51 xəstədə həyat keyfiyyətinin azalma dərəcəsini, ağız boşluğunun gigiyenasını və yanaşı gedən stomatoloji pozuntuları araşdırmaq məqsədilə tədqiqat aparılmışdır. Xəstələr 2 qrupa bölünmüşdür: 1) neyroleptik və epilepsiya əleyhinə vasitələrin kombinasiyası ilə müalicə edilənlər (16 xəstə); 2) 2 neyroleptik dərman vasitəsinin kombinasiyası ilə müalicə edilənlər (35 xəstə). Bütün xəstələrlə fərdi söhbət aparılaraq, ümumi və stomatoloji profilli şikayətləri öyrənilmiş, həmçinin stomatoloji müayinə vasitəsilə karioz, plamblaşmış və çaxarılmış dişlərin sayı, Qrin-Vermilyanın sadələşdirilmiş əmsalları və papilyar-marginal-alveolyar əmsalları araşdırılmışdır. İki neyroleptik vasitənin kombinasiyası ilə müalicə alan xəstələr neyroleptik vasitə ilə antikonvulsant preparatın kombinasiyası almış xəstələrdəkinə nisbətən daha pis ağız boşluğu gigiyenasına malik olmuşdur ki, müəlliflər bunu antikonvulsantların normotimik effekti ilə izah edirlər. Tədqiqat şizofreniyanın medikamentoz müalicəsi ilə bruksizmin inkişafetmə ehtimalı arasında əlaqə olduğunu göstərmişdir. Belə ki, neyroleptik preparatla epilepsiya əleyhinə təsir göstərən dərman vasitəsinin kombinasiyası vasitəsilə müalicə alan xəstələrdə bruksizmin daha çox rast gəlindiyi aşkar edilmişdir. Aparılmış tədqiqatın nəticələrinə əsasən müxtəlif növ medikamentoz müalicə alan xəstələrdə bruksizmin yaranma ehtimalının proqnostik modeli tərtib edilmişdir.


