BAKI ŞƏHƏRİNDƏ DİSPANSER QEYDİYYATINDA OLAN ŞƏKƏRLİ DİABETLİ XƏSTƏLƏRDƏ XRONİK AĞIRLAŞMALARIN YAYILMAS
DOI
https://doi.org/10.34921/amj.2022.3.012Açar sözlər
şəkərli diabet, xronik ağırlaşmalar, bədən kütləsi indeksiXülasə
Məqalədə Bakı şəhərində dispanser qeydiyyatda olan şəkərli diabetli xəstələr arasında xronik ağırlaşmaları araşdırmaq məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqat 2002-2003-cü illər ərzində Bakı şəhər Endokrinoloji Mərkəzində qeydiyyatda duran 233 nəfər şəkərli diabeti olan xəstə üzərində aparılmışdr. Xəstələrin 51,5%-ni (n=120) kişilər, 48,5%-ni (n=113) qadınlar təşkil etmişdir. Xəstələrdə bədən kütləsi indeksinin (BKİ) təhlilindən aydın olmuşdur ki, 17,8% (n=41) nəfərdə BKİ-i 25 kq/m2-dən yüksək olur. 2-ci tip şəkəli diabeti olanlarda BKİ dürüst dərəcədə yüksək olmuşdur
(p<0,0001). BKİ-i 18,5 kq/m2 aşağı olanlar dürüst dərəcədə çox olmuşdur (X2=18,19; 25,4%, p<0,0001). Çox güman ki, buna səbəb xəstələrin dekompensasiya vəziyyətində olması olmuşdur. Xəstələrdə xronik ağırlaşmalardan diabetik neyropatiya, katarkta və retinopatiya aşkarlanmış və təhlil edilmişdir. Onların 48%-də diabetlə əlqəli neyropatiya (n=112), 21%-də (n=49) katarakta, 24,9%-də isə (n=58) retinopatiya aşkar edilmişdir. Ağırlaşmaların cinslər arasında dürüstlüyü qeydə alınmamışdır. Cavanlıq dövründə (18-44 yaş arası) olan ağırlaşmaların sayı daha çoxdur. Cavanlıq dövrü ilə ahıl yaş dövrü müqayisə edildikdə bu dövrdə diabetik neyropatiyalı xəstələrin sayı dürüst dərəcədə çox olmuşdur (X2=15,28, p=0,0001).
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


