SARS-CoV-2 XƏSTƏLİYİNƏ YOLUXMUŞ UŞAQLARDA İLTİHABTÖRƏDİCİ SİTOKİNLƏRİN SƏVİYYƏSİ

Müəlliflər

  • İ.Y. Hüseynova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.3.003

Açar sözlər

COVID-19, immun sistem, sitokinlər

Xülasə

Məqalədə  COVID-19 xəstəliklərdə sitokin sistemində baş verən dəyişiklikləri öyrənmək  məqsədilə  aparılmış tədqiqat işi  haqqında  məlumat verilmişdir.  Tədqiqata  COVID-19 xəstəliyinə görə stasionar müalicə  alan hər  iki cinsdən olan 75 uşaq daxil edilmişdir. Kontrol qrup kimi 15 praktik  sağlam uşaq  götürülmüşdür.                                                                                                                                

Əsas qrupa daxil olan xəstələr ağırlıq dərəcəsinə görə 2 yarımqrupa bölünmüşdür: I yarımqrupa pnevmoniya diaqnozu orta ağır qiymətləndirilən 49 xəstə, II yarımqrupa pnevmoniya diaqnozu ağır  qiymətləndirilən  26 xəstə  daxil edilmişdir. Əsas qrupda 37 (49,3%) oğlan,  38(50,7%) qız, kontrol qrupda 5(33,3%) oğlan, 10 (66,7%) qız olmuşdur.                  

 Xəstə və sağlam uşaqların  immun göstəriciləri - qan serumunda İL-1ß, İL-6 və İL-18  konesntrasiyası "Vektor Best" (Rusiya Federasiyası) firmasının reaktiv dəstlərindən  istifadə edilməklə İFA metodu ilə təyini edilmişdir.                                    

Tədqiqat göstərmişdir ki,  I yarımqrupda İL-1β-ın səviyyəsi müqayisə qrupundakı anoloji göstəricidən 2,3 dəfə, II yarımqrupda kontrol qrupunun göstəricisindən 5,4 dəfə artmışdır. İL-6 səviyyəsi I yarımqrupda kontrol qrupunun göstəricisindən 2,2 dəfə, II yarımqrupda kontrol qrupunun göstəricisindən 2,9 dəfə yüksək olmuşdur. Qan serumunda İL-18 səviyyəsi kontrol qrupunun göstəriciləri ilə müqayisədə  I yarımqrupda 1,7 dəfə, II yarımqrupda isə 2,0 dəfəyə qədər yüksəlmişdir.

Beləliklə, aparılan tədqiqatın nəticələrinə əsasən demək olar ki,  COVID-19 (ZPR)-pozitiv  uşaqlarda  İL-1β, İL-6, İL-18 - klinik  diaqnostik  əhəmiyyət daşıya bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-09-30

Necə istinad edilir

Hüseynova , İ.Y. (2022). SARS-CoV-2 XƏSTƏLİYİNƏ YOLUXMUŞ UŞAQLARDA İLTİHABTÖRƏDİCİ SİTOKİNLƏRİN SƏVİYYƏSİ. Azərbaycan Tibb Jurnalı, (3), 21–25. https://doi.org/10.34921/amj.2022.3.003

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR