CİFT ÇATIŞMAZLIĞI OLAN QADINLARDA ANTİFOSFOLİPİD ANTİCİSİMLƏR
DOI
https://doi.org/10.34921/amj.2022.2.013Açar sözlər
antifosfolipid anticisimlər, cift çatışmazlığı, immunferment analizXülasə
Məqalədə cift çatışmazlığı olan qadınlarda müxtəlif antifosfolipid anticisimlərin mövcudluğunun və onların tezliyinin öyrənilməsinin nəticələri təqdim edilir. Tədqiqatda birdöllü hamiləlik keçirmiş 83 qadın (orta yaş – 29,9 ± 3,06 il) iştirak edib. Tədqiqata cəlb edilmiş qadınlar 2 qrupa bölünüb: əsas qrup – cift çatışmazlığı olan 58 hamilə qadın; kontrol qrupu – cift çatışmazlığı olmayan 25 hamilə qadın. Antifosfolipid anticisimlərin olması immunometrik testlərdən və lupus antikoaqulyantı üçün funksional laxtalanma testindən istifadə edilməklə müəyyən edilmişdir. Aparılmış testlər əsas qrupda 26 (44,8%) xəstədə, kontrol qrupunda 2 (8,0%) qadında müsbət nəticə vermişdir. Cift çatışmazlığı olan xəstələrdə 73,1% hallarda lupus antikoaqulyantının müsbət nəticəsi, kardiolipinə qarşı anticisimlər ‒ 46,2%, 2β-qlikoprotein I-ə qarşı anticisimlər isə 15,4% hallarda aşkar edilmişdir. Bu tədqiqat cift çatışmazlığı olan qadınlarda antifosfolipid anticisimlərin yayılmasının yüksək olduğunu təsdiqləyir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


