BƏDƏN ÇEVRƏSİ İNDEKSİ – METABOLİK SİNDROMUN ERKƏN MARKERİ KİMİ
DOI
https://doi.org/10.34921/amj.2026.2.029Açar sözlər
piylənmə, abdominal piy, taliyanın çevrəsi, bədən kütləsi, metabolik risk, profilaktika, proqnozXülasə
Məqalədə Mərkəzi Asiya Tibb Universitetinin (Fərqanə şəhəri) tələbələri üzərində antropometrik göstəricilər əsasında metabolik sindrom yaranması riskinin proqnozlaşdırılmasında bədən çevrəsi indeksinin (BÇİ) praktik əhəmiyyətini qiymətləndirmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata yaşı 18- dən 25-ə qədər olan 382 tələbə cəlb edilmişdir. Boy ölçüsünün, bədən kütləsinin, taliyanın çevrəsinin, bədən kütləsi indeksinin (BKİ) və bədən çevrəsi indeksinin (BÇİ) təyin edilməsini özündə cəmləşdirən antropoloji tədqiqat aparılmışdır. Tədqiqatın nəticələri göstərmişdir ki, tələbələrdən 37%-də taliyanın çevrəsinin uzunluğunda əks olunan piylənmə vardır. BÇİ-nin yüksək səviyyəsi müşahidə edilmişdıir, tədqiq edilənlərdən 38%-də artıq, 9,1%-də isə yüksək dərəcədə metabolizm pozulması riski müşahidə edilmişdir. Alınmış nəticələr gənclərdə metabolik sindromun erkən əlamətlərinin aşkara çıxarılmasında BÇİ-nin diaqnostik informativliyinin BKİ-yə nisbətən daha yüksək olduğunu göstərmişdir.Downloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
Normatova, Ş.A., & Ermatova, Q. (2026). BƏDƏN ÇEVRƏSİ İNDEKSİ – METABOLİK SİNDROMUN ERKƏN MARKERİ KİMİ. Azərbaycan Tibb Jurnalı, (2), 173–179. https://doi.org/10.34921/amj.2026.2.029
Nömrə
Bölmə
EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


