UŞAQLIQ BOYNU YAXMALARININ MÜXTƏLİF SİTOLOJİ MÜAYİNƏ ÜSULLARI İLƏ TƏDQİQİNDƏN ALINAN NƏTİCƏLƏRİN MÜQAYİSƏLİ XARAKTERİSTİKASI

Müəlliflər

  • Y.D. Mehdiyeva Mərkəzi Klinika

DOI

https://doi.org/10.34921/amj.2026.2.028

Açar sözlər

maye əsaslı sitoloji müayinə, Pap-test, sitoloji skrining, NILM

Xülasə

Məqalədə uşaqlıq boynu möhtəviyyatının sitoloji göstəricilərinin yaş xüsusiyyətlərini aydınlaşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Retrospektiv tədqiqata 400 praktik sağlam qadının sitoloji nəticələri daxil edilmişdir. Tədqiqata cəlb edilən qadınlar üç yaş qrupuna bölünmüşdür: 18- 44 yaş, 45-49 yaş və 50 yaşdan artıq. Epitelial ve ya bədxassəli zədələnmə aşkarlanmayan (NILM – Negative for interaepithelial lesion or malignancy) pasiyentlər iltihabın, atrofiya əlamətlərinin və xüsusi dəyişikliklərin olub-olmamasına görə təsnif edilmişdir. Ənənəvi metodla aparılan analiz zamanı yaşı 50 və daha artıq olan qadınlardan əldə edilmiş NILM yaxmalarda iltihabi dəyişikliklərin üstün olduğu müşahidə edilmişdir (50%), 18-44 yaşlı qadınlarda isə 73% hallarda xüsusi dəyişiklik olmadan NILM əlamətlərinə rast gəlinmişdir. Maye əsaslı sitoloji müayinə aparılan zaman iltihabi dəyişikliklərə daha çox yaşı 18-dən 44-ə qədər olan qadınlarda (86%), atrofiyaya isə əsasən yaşı 50-dən artıq olan qadınlarda təsadüf edilmişdir (19,5%). Patoloji əlamətlər ənənəvi metodla 9%, maye əsaslı sitologiya ilə isə 11,5% hallarda müəyyən edilmişdir. NILM nəticələrinin strukturunda iki metod arasında statistik əhəmiyyətli fərqlər müşahidə edilmişdir. Maye əsaslı sitologiya yaşı 50-yə qədər olan qadınlarda iltihabi və erkən hüceyrə dəyişikliklərinin aşkarlanmasında daha yüksək həssaslıq göstərmişdir. Əldə olunmuş məlumatlar hər iki metodun diagnostik xüsusiyyətlərini təstiq edir və uşaqlıq boynu skrininqinin seçilməsində yaş faktorunun nəzərə alınmasının vacibliyini göstərir.  

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-07-26

Necə istinad edilir

Mehdiyeva, Y. (2026). UŞAQLIQ BOYNU YAXMALARININ MÜXTƏLİF SİTOLOJİ MÜAYİNƏ ÜSULLARI İLƏ TƏDQİQİNDƏN ALINAN NƏTİCƏLƏRİN MÜQAYİSƏLİ XARAKTERİSTİKASI. Azərbaycan Tibb Jurnalı, (2), 167–172. https://doi.org/10.34921/amj.2026.2.028

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT