QÖVS DƏLİYİNİN ANATOMİK XARAKTERİSTİKASI VƏ KLİNİK ƏHƏMİYYƏTİ

Müəlliflər

  • G.A. Hüseynova Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya kafedrası
  • N.Ə. Əfəndiyeva Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibbi Terminologiya kafedrası

DOI

https://doi.org/10.34921/amj.2026.2.027

Açar sözlər

qövs dəliyi, köndələn çıxıntı dəliyi, birtərəfli sümük çıxıntısı, ikitərəfli sümük çıxıntısı

Xülasə

Məqalədə insanın birinci boyun fəqərəsinin (atlas) qövs dəliyinin morfoloji xüsusiyyətlərini və onların onurğa arteriyasının hemodinamikasına mümkün təsirini araşdırmaq məqsədilə aparılmış tədqiqatın nəticələri şərh edilmişdir. Tədqiqat 54 insan meyitindən götürülmüş müvafiq material üzərində aparılmışdır. Qövs dəliyi üzrə boylama və köndələn diametrlər 0,01 mm dəqiqliyə malik rəqəmsal pərgar vasitəsilə ölçülmüş və dəliklərin sahəsi hesablanmışdır. Tədqiqat göstərmişdir ki, araşdırılan atlasların 24 faizində qövs dəliyinin formaları fərqli olur; onlardan 5,5%-də birtərəfli qövs dəliyi, 13%-də birtərəfli sümük çıxıntısı, 1,9%-də ikitərəfli qövs dəliyi və 3,4%-də ikitərəfli sümük çıxıntısı müşahidə edilmişdir. Qövs dəliyinin sahəsinin orta qiyməti köndələn çıxıntı dəliyinin sahəsinin orta qiymətindən 1,7 dəfə çox olmuşdur. Qövs dəliyi olan tərəfdə köndələn dəliyin sahəsi qövs dəliyi olmayan atlaslar üzrə köndələn dəliyin sahəsinin orta qiymətindən daha kiçik olur. Beləliklə, qövs dəliyinin çoxsaylı morfoloji variasiyası vardır. Qövs dəliyinə həm bir tərəfdə, həm də hər iki tərəfdə tam və natamam formada təsadüf edilir.  

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-07-26

Necə istinad edilir

Hüseynova, G., & Əfəndiyeva, N. (2026). QÖVS DƏLİYİNİN ANATOMİK XARAKTERİSTİKASI VƏ KLİNİK ƏHƏMİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (2), 161–166. https://doi.org/10.34921/amj.2026.2.027

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT