UŞAQ VƏ YENİYETMƏLƏRDƏ QEYRİ-PAROKSİZMAL TAXİKARDİYALAR ZAMANI MİOKARDIN MORFOMETRİK PARAMETRLƏRİ İLƏ QT İNTERVALININ DİSPERSİYASI ARASINDA ƏLAQƏ
DOI
https://doi.org/10.34921/amj.2021.3.013Açar sözlər
QT intervalı, sol mədəciyin arxa divarı, mədəcikarası çəpərXülasə
Məqalədə qeyri-paroksizmal taxikardiyalar zamanı miokardın bioelektrik fəallığında, sol mədəciyin arxa divarının və mədəcikarası çəpərin morfometrik parametrlərində baş vermiş dəyişikliklərin əlaqələrinin araşdırılmasına dair tədqiqatın nəticələri şərh edilmişdir. Tədqiqata qeyri-paroksizmal taxikardiyalı 47 uşaq və kontrol qrupuna daxil olan 50 nəfər sağlam uşaq cəlb edilmişdir. Uşaqların hamısına EKQ və ExoKQ müayinə aparılmışdır. EKQ-də dQT, dQTc,QTc və ExoKQ-da sol mədəciyin arxa divarının və mədəcikarası çəpərin morfometrik indeksləri təyin edilmiş, hər iki asılı olmayan amil arasında qarşılıqlı əlaqə müəyyən edilmişdir. Tədqiqat göstərmişdir ki, qeyri-paroksizmal taxikardiya diaqnozu qoyulmuş xəstələrdə ürək döyüntülərinin sayında baş vermiş dəyişikliklər miokardın bioelektrik fəallığının homogenliyinin pozulmasına və repolyarizasiya prossesində qeyri-həmcinsliyin meydana çıxmasına səbəb olur. Qeyri-paroksizmal taxikardiyalı xəstələrdə QT intervalının dispersiyası (dQT), dQTc və eyni zamanda QTc-də qeyd olunan dəyişikliklər, sol mədəcik miokardında repolyarizasiya prosesinin qeyri-həmcinsliyinin və yaxud aritmogenezin mütləq markeri kimi qəbul oluna bilər.
Qeyri-paroksizmal taxikardiyalı uşaqlarda sol mədəciyin qeyd olunan funksional və struktur meyarlarını ayrı-ayrılıqda öyrəndikdə məlum oldu ki, ürəyin sol şöbəsində baş verən kənaraçıxmalar sol mədəciyin arxa divarını əhatə etdiyi kimi, mədəcikarası çəpəri də prosesə cəlb edir. Tədqiqata cəlb edilmiş uşaqlarda sol mədəciyin arxa divarının və mədəcikarası çəpərin morfometrik parametrlərindəki dəyişikliklər hipetrofiyanın ilkin əlaməti kimi təzahür etmişdir. Qarşılıqlı əlaqənin təyini göstərir ki, məktəbyaşlı uşaqlarda qeyri-paroksizmal taxikardiyalar zamanı miokardın bioelektrik fəallığının homogenliyinin pozulması dQT, dQTc, QTc-nin qiymətinin azalması kimi təzahür edir ki, bu da öz növbəsində sol mədəciyin arxa divarı və MAÇ-in həndəsi-strukrur dəyişikliklərinə səbəb olur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


