HORMONAL SONSUZLUĞUN DİAQNOSTİKASINDA ULTRASƏSİN ROLU: LÜTEAL FAZANIN ÇATIŞMAZLIĞI

Müəlliflər

  • F.İ. Kulikova Dnipro Dövlət Tibb Universiteti
  • R.Ya. Abdullayev Xarkov Diplomdansonrakı Tibb Akademiyası
  • V.G. Karpenko Xarkov Diplomdansonrakı Tibb Akademiyası
  • S.V. Abramov Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu
  • N.M. Pasieşvili Xarkov Regional Klinik Perinatal Mərkəzi
  • S.S. Ostrovska Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu
  • O.O. Аleksenko İ.İ.Mecnikov adına Dnepropetrovsk Regional Hospitalı

DOI

https://doi.org/10.34921/amj.2021.3.009

Açar sözlər

hormonal sonsuzluq, ultrasonoqrafiya, menstrual dövrün lütein fazasının çatışmazlığı

Xülasə

Məqalədə menstrual dövrün lüteal fazasının (LF) çatışmazlığı ilə əlaqədar olan sonsuz­luğun ultrasəs diaqnostikası haqqında məlumat verilir. 19-36 yaş arası 49 qadının uşaqlıq və yumurtalıqlarının transvaqinal exoqrafiyasının nəticələrinin retrospektiv təhlili əsasinda ovulyasiya faktı təsbit edilmiş, lakin hamiləlik baş verməmişdir. Bu qadınlarda, ovulyasiya menstrual dövrün 15-ci günündə daha tez-tez baş verirdi; 28 nəfər menstrual tsikli normal olan fertil yaşlı qadın­dan ibarət müqayisə qrupunda (MG) isə menstrual dövrün 13-cü günündə ovulyasiya əhəmiy­yətli dərəcədə çox (p<0,05) olmuşdur.

Menstrual dövrün 17-ci günündə LF çatışmazlığı qrupunda M-exonun orta göstəricisi 7,8±1,2 mm, MG-də 12,5±1,1 mm (p<0,01); 22-ci gündə isə müvafiq olaraq 7,9±1,1 mm və 13,6±1,3 mm (p<0,001) olmuşdur.

Menstrual dövrün 22-ci günündə heterogen sarı cisim (SC), LF olan qadınlarda, fertil qadın­lar­la  müqayisədə (müvafiq olaraq 7,4±3,6% və 65,6±8,8%) əhəmiyyətli dərəcədə az (p<0,001) idi. LF çatışmazlığı qrupunda ovulyasiyadan sonrakı gündə sarı cismin vaskulyarizasiyasının art­ması 34,7±6,8% halda, MG-də isə 92,6±5,0%-də (p<0,001) müşahidə edilmişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2021-09-30

Necə istinad edilir

Kulikova, . F., Abdullayev, R., Karpenko, . V., Abramov , S., Pasieşvili , N., Ostrovska , S., & Аleksenko O. (2021). HORMONAL SONSUZLUĞUN DİAQNOSTİKASINDA ULTRASƏSİN ROLU: LÜTEAL FAZANIN ÇATIŞMAZLIĞI. Azərbaycan Tibb Jurnalı, (3), 63–69. https://doi.org/10.34921/amj.2021.3.009

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR