2-Cİ TİP ŞƏKƏRLİ DİABET ZAMANI QANDA QLÜKOZA SƏVİYYƏSİNİN VƏ ARTERİAL TƏZYİQİN MONİTORİNQİ MƏQSƏDİLƏ TELETƏBABƏTİN TƏTBİQİ
DOI
https://doi.org/10.34921/amj.2026.1.023Açar sözlər
teletəbabət, 2-ci tip şəkərli diabet, arterial hipertenziya, HbA1c, qlomerulyar filtrasiya sürəti (QFR), monitorinqXülasə
Məqalədə ambulator şəraitdə müşahidə olunan ŞD2 və AH-li xəstələrdə teletəbabətin qlükoza metabolizmi və arterial təzyiq göstəricilərinin monitorinqində istifadə edilməsinin effektivliyini öyrənmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqata 165 xəstə daxil edilmiş, bütün pasiyentlər ənənəvi müalicə alanlar (1-ci qrup), təlim keçmiş lakin teletəbabətdən istifadə etməyənlər və təlim keçmiş (2a qrupu), teletəbabət vasitəsilə müşahidə olunanlar (2b qrupu) olmaqla üç qrupa bölünmüşdür. Xəstələrdə HbA1c, acqarına və postprandial qlükoza səviyyələri, sistolik və diastolik arterial təzyiq, həmçinin qaraciyər və böyrək funksiyası göstəriciləri təhlil edilmişdir. Teletəbabət tətbiq olunan qrupda HbA1c və qlükoza səviyyələrinin, eləcə də arterial təzyiq göstəricilərinin statistik əhəmiyyətli azalması qeydə alınmışdır (p<0,01). Qaraciyər və böyrək funksiyası göstəriciləri bütün qruplarda norma daxilində qalmışdır (p>0,05). Alınan nəticələr ŞD2 və AH olan xəstələrdə metabolik və hemodinamik nəzarətin yaxşılaşdırılmasında teletəbabətin effektiv və təhlükəsiz yanaşma olduğunu göstərir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


