KONTAKT LİNZALARLA ƏLAQƏDAR OLAN “QURU GÖZ” SİNDROMUNUN EFFEKTİV KORREKSİYA İMKANLARI
DOI
https://doi.org/10.34921/amj.2026.1.002Açar sözlər
“quru göz” sindromu, kontakt linza, siklosporinXülasə
Məqalədə kontakt linzalardan uzun müddət istifadə fonunda inkişaf edən “quru göz” sindromunun (QGS) 0,2%-li natrium-hialuronat və 0,05%-li siklosporin emulsiyasının köməyilə korreksiyası imkanlarının müqayisəli qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata hidrogel kontakt linzalardan istifadə edən, yaşı 15-38 arası olan 33 xəstə (63 göz) daxil edilmişdir. Müayinə edilən pasiyentlərin kontakt linzaları daşıma müddəti 6 aydan 8 ilə qədər olmuşdur. Xronik prosesin gedişini müşayiət edən amillərə refraksiya anomaliyaları, mədə-bağırsaq xəstəlikləri, “quru göz” sindromu aid edilmişdir. İstisna kriteriyalarına “quru göz” sindromuna səbəb olan sistem xəstəlikləri, buynuz qişa və konyunktivanın infeksion və distrofik xəstəlikləri, demodekoz blefariti, laqoftalm, eləcə də ikincili “quru göz” sindromunun səbəblərindən olan digər patologiyalar daxil edilmişdir. Kontakt linzalardan istifadə edən xəstələr təyin olunan müalicədən asılı olaraq 2 qrupa ayrılmışdır. 1-ci qrup xəstələrin müalicəsinə əvəzedici terapiya olaraq göz lubrikantlarından Xiloial zero (Farmigea, Italiya) və korneoprotektor təsirə malik Vit A-dex (Zwitter Pharmaceuticals, Yunanıstan), 2-ci qrupun müalicəsinə yuxarıda göstərilən bazis terapiyaya 0,05%-li siklosporin göz damcısı (Depores) (Deva, Türkiyə) əlavə edilmişdir. Hər iki qrup xəstələrdə müalicənin effektivliyi müalicə başlayandan 1, 3, 6 ay sonra funksional-diaqnostik metodların nəticələri əsasında dinamikada öyrənilmişdir; müalicədən 3 ay sonra yüksək nəticələr əldə edilsə də, bazis terapiyaya əlavə olunan 0,05%-li siklosporin emulsiyasının iltihab əleyhinə müalicə kimi tətbiqi daha müsbət klinik nəticə vermişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


