İMTAHAN STRESSİ ŞƏRAİTİNDƏ TƏLƏBƏLƏRİN QANINDA KORTİZOLUN SƏVİYYƏSİNİN DƏYİŞİKLİKLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2025.4.017Açar sözlər
kortizol, biokimyəvi markerlər, emosional həssaslıq, imtahan stressi, akademik nailiyyətXülasə
Məqalədə tələbələrin imtahan stressi altında kortizol səviyyələrinin dəyişiklikləri və fərdi emosional həssaslığın stress cavabına necə təsir etdiyi barədə tədqiqat işinin nəticələri təqdim olunur. Tədqiqatın məqsədi tələbələrin fərdi emosional həssaslığının imtahan stressinə cavab olaraq kortizol səviyyəsinin artmasına necə təsir etdiyini qiymətləndirmək olmuşdur. İmtahanı əsas stress mənbəyi kimi göstərən 58 könüllü ikinci kurs tələbəsinin (18-26 yaş) qan serumundakı kortizol səviyyəsi akademik sabitlik dövründə və imtahan günü (imtahandan əvvəl) ölçülmüşdür. Kortizol səviyyəsinin artım dərəcəsinə görə tələbələr qruplara ayrılmışdır. Əksər iştirakçılarda (76%) hormon səviyyəsi üç dəfəyə qədər yüksəlmiş, 24%- də isə daha güclü (3 dəfədən yüksək) dəyişiklik müşahidə edilmişdir. Bu, ilkin emosional həssaslıq ilə əlaqələndirilmişdir. Hormonun üç dəfədən çox artması diqqət toplama qabiliyyətinin zəifləməsi və akademik effektivliyin aşağı düşməsi ilə müşayiət olunmuşdur. Tələbələrin ilkin emosional həssaslıq fərqlilikləri Stressin Qəbul Edilməsi metodu (PSS-10) ilə qiymətləndirilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


