UŞAQLIQ CİSMİ XƏRÇƏNGİ OLAN QADINLARIN PSİXOEMOSİONAL VƏZİYYƏTİ

Müəlliflər

  • S.İ. Səfərova Azərbaycan Tibb Universiteti
  • N.Q. Qibləliyeva Azərbaycan Tibb Universiteti
  • İ.C. Şahverdiyeva Azərbaycan Tibb Universiteti
  • A.Y. Qazıyev Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.4.012

Açar sözlər

uşaqlıq cismi xərçəngi, endometrial xərçəng, histerektomiya, psixoloji xüsusiyyətlər, psixopatologiya

Xülasə

Məqalədə uşaqlıq cismi xərçənginə görə müalicə edilən pasiyentlərin psixoemosional vəziyyətini operativ müdaxilədən əvvəl və sonra öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilir. Tədqiqata uşaqlıq cismi xərçəngi diaqnozu qoyulmuş 132 və atipik hiperplaziyası olan 35 qadının (müqayisə qrupu) psixoloji testlərin nəticələri daxil edilmişdir. Hər iki qrupu təşkil edən qadınlarda radikal histerektomiya əməliyyatı aparılmışdır. Tədqiqat göstərmişdir ki, uşaqlıq cismi xərçəngi olan qadınlarda ümumiyyətlə yüksək səviyyədə narahatlıq, qorxu və emosional qeyri-sabitlik müşahidə edilir. Tədqiqat zamanı qadınların müstəqillik və fərdi azadlıq ehtiyacının yüksək olduğu, eləcə də əməliyyatdan sonra sosial dəstək ehtiyacının nəzərəçarpacaq dərəcədə artdığı aşkar edilmişdir. Bu reaksiyalar həm psixoloji stres, həm də cərrahi müdaxilənin orqanizmə təsiri ilə əlaqədardır. Tədqiqatda psixo-diaqnostik metodlardan, o cümlədən Lüşer testindən və Xəstəxanadaxili Qorxu və Depressiya Şkalasından istifadə edilməklə qadınların psixoemosional vəziyyətindəki dəyişiklikləri qiymətləndirilmişdir. Nəticələr göstərmişdir ki, əməliyyatdan sonra qadınların rahatlıq və təhlükəsizlik ehtiyacı əhəmiyyətli dərəcədə artır, bu da əlavə psixoterapevtik dəstəyin vacibliyini nümayiş etdirir. Beləliklə, müəlliflərin fikrincə, uşaqlıq cismi xərçəngi olan qadınların müalicəsi prosesinə həm tibbi, həm də psixoterapevtik metodların daxil edilməsinin vacibliyi təsdiqlənir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-12-23

Necə istinad edilir

Səfərova, S., Qibləliyeva, N., Şahverdiyeva, İ.C., & Qazıyev, A. (2025). UŞAQLIQ CİSMİ XƏRÇƏNGİ OLAN QADINLARIN PSİXOEMOSİONAL VƏZİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (4), 73–78. https://doi.org/10.34921/amj.2025.4.012

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR