AĞCİYƏR ADENOKARSİNOMASI HÜCEYRƏLƏRİNDƏ GENETİK DƏYİŞİKLİKLƏRİN KLİNİK VƏ DEMOQRAFİK XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2025.4.009Açar sözlər
ağciyər adenokarsinoması, EGFR, mutasiyaXülasə
Məqalədə ağciyər adenokarsinoması xəstəliyi olan pasientlərdə epidermal böyümə faktoru reseptoru (EGFR-Epidermal Growth Factor Receptor) kodlayan genin aktivləşdirici somatik mutasiyalarının tezliyinə və onların demoqrafik göstəricilərlə əlaqəsinə dair tədqiqatın nəticələri təqdim edilmişdir. Tədqiqata 2014-2024-cü illər ərzində Milli Onkologiya Mərkəzinin Molekulyar Onkologiya laboratoriyasına müraciət edən və parafinə fiksə edilən şiş toxuması materialında EGFR testi aparılmış ümumi 507 pasientdən yalnız mutasiya aşkar edilmiş 120 nəfər cəlb edilmişdir. Araşdırmaya daxil edilmiş 120 pasientdən 57,5%-ni qadınlar (n=69), 42,5%-ni isə kişilər (n=51) təşkil etmişdir. Eyni zamanda onlardan 66,7%-i siqaretçəkmə adəti olmayanlar (n=80), 33,3%-i isə siqaretçəkmə adəti olanlar (n=40) idi. Aşkarlanan mutasiyaların 69,2%-i klassik (Del19 və L858R), 30,8%-i isə nadir növlər olmuşdur. Klassik mutasiyaya malik pasientlərin median sağqalma göstəricisi 27,8 ay, nadir mutasiyalı qrupda isə 21,2 ay olmuşdur. Nəticələr göstərmişdir ki, Azərbaycan populyasiyasında EGFR mutasiyaları daha çox qadınlarda və siqaretçəkmə adəti olmayanlarda müşahidə edilir və bu meyllər Asiya populyasiyalarında qeyd edilən tendensiyalara uyğun gəlir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


