POSTCOVİD DÖNƏMİNDƏ UŞAQLARDA MENİNGİTLƏRİN KLİNİK-EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ DİAQNOSTİKASINDA İMMUNOLOJİ MARKERLƏRİN ROLU

Müəlliflər

  • M.H. Bağırova Azərbaycan Tibb Universiteti https://orcid.org/0009-0000-2969-0082
  • R.R. Bəylərova Azərbaycan Tibb Universiteti
  • Ş.M. Rəşidova Azərbaycan Tibb Universiteti
  • M.M. Muxtarov Azərbaycan Tibb Universiteti
  • K.Ə. Cəfərova Azərbaycan Tibb Universiteti
  • R.T. Nəzərova Azərbaycan Tibb Universiteti
  • S.A. Atakişizadə Azərbaycan Tibb Universiteti
  • A.C. Orucova Azərbaycan Tibb Universiteti
  • S.M. Mansurova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.4.002

Açar sözlər

meningit, uşaqlar, bakteriya və virus infeksiyaları, immunoloji markerlər, diferensial diaqnostika

Xülasə

Məqalədə yaşı 18-ə qədər olan uşaq və yeniyetmələrdə postCOVİD dönəmində müşahidə edilən bakterial və virus etiologiyalı meningitlərin diferensial diaqnostikasının təkmilləşdirilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata meningit diaqnozu qoyulmuş 60 pasiyent cəlb edilmişdir ( 30 pasiyent bakterial meningitli, 30 pasiyent virus menigitli). Klinik simptomların (qızdırma, baş ağrısı, ensefalopatik əlamətlər, qıcolmalar) tezliyi və ağırlıq dərəcəsi ilə yanaşı, laborator göstəricilər (likvorda zülal, şəkər, hüceyrə sayı) və immunoloji markerlər (CRP, prokalsitonin, IL-6, İL-1 β, İL-10,TNFα, İgM) təhlil edilmişdir. Tədqiqat göstərmişdir ki, bakterial meningitli uşaqlarda xəstəliyin klinik gedişi daha ağır olmaqla bərabər, ensefalopatiya, qıcolma və boyun sərtliyi kimi əlamətlərin tezliyi əhəmiyyətli dərəcədə artır. Bu zaman beyin-onurğa beyni mayesində zülal və hüceyrə sayı 3-10 dəfə artır, şəkər səviyyəsi isə azalır. Xəstələrin qanında prokalsitonin, CRP, İL-6, TNF- α və İL-1 β əhəmiyyətli dərəcədə artır ki, bu da bakterial infeksiyalara xas olan güclü iltihabi cavabı əks etdirir, virus meningitli uşaqlarda isə İL-10 səviyyəsi daha yüksək olur. Bu, immunoloji markerlərin erkən diaqnostika və proqnozda etibarlı diferensial göstəricilər olduğunu sübut edir. Tədqiqatın nəticələrinə əsasən erkən diaqnoz və düzgün müalicə üçün klinik və laborator parametrlərlə yanaşı, immunoloji markerlərin istifadəsi tövsiyə edilir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-12-23

Necə istinad edilir

Bağırova, M., Bəylərova, R., Rəşidova, Ş.M., Muxtarov, M., Cəfərova, K., Nəzərova, R., … Mansurova, S. (2025). POSTCOVİD DÖNƏMİNDƏ UŞAQLARDA MENİNGİTLƏRİN KLİNİK-EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ DİAQNOSTİKASINDA İMMUNOLOJİ MARKERLƏRİN ROLU. Azərbaycan Tibb Jurnalı, (4), 11–16. https://doi.org/10.34921/amj.2025.4.002

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR