QASIQ YIRTIQLARININ YENİ CƏRRAHİ ÜSULLA MÜALİCƏSİ
DOI
https://doi.org/10.34921/amj.2025.4.026Açar sözlər
qasıq yırtığı, hernioplastikaXülasə
Məqalədə qasıq yırtığının cərrahi müalicəsi üçün müəlliflərin özlərinə məxsus olan yeni üsülun tətbiqi üzrə klinik müşahidələri haqqında məlumat verilmişdir. Üsulun mahiyyəti genişlənmiş dərin qasıq həlqəsinin medial şöbəsində fassiyanı büzməli tikiş vasitəsilə daraltmaqdan ibarətdir; bu zaman dəliyin diametri barmaq vasitəsilə kontrol edilməklə, yırtığın qapadılması texnikasında dəyişiklik edilir. Yaşı 20 ilə 78 arasında olan 66 nəfərin qasıq yırtığına görə müalicəsinin nəticələri (yırtığın növündən asılı olmayaraq) təhlil edilmiş və 1 pasiyent haqqında məlumat verilmişdir. Erkən postoperasion dövrdə 2 pasiyentin (3%) operasiya yarasında infiltrat müşahidə edilmiş, yalnız 1 pasiyentdə isə yırtıq residiv vermişdir. Beləliklə, yeni təklif edilən hernioplastika üsulunun qasıq yırtıqlarının müalicəsinin optimallaşdırılması baxımından effektiv olduğunu iddia etmək mümkündür.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


