ABŞ-DA SAĞLAMLIQ SİYASƏTİ: AZƏRBAYCANLI MİQRANTLARIN SƏHİYYƏ XİDMƏTLƏRİNƏ ƏLÇATANLIĞI
DOI
https://doi.org/10.34921/amj.2025.3.24Açar sözlər
ABŞ-da yaşayan Azərbaycanlı miqrantlar, miqrantların sağlamlığı, sağlamlıq sığortası, əsas səhiyyə xidmətləri, səhiyyə xidməti haqqında, vaksinasiyaXülasə
Məqalədə ABŞ-da yaşayan Azərbaycanlı miqrantların tibb xidmətlərinə əlçatanlığını araşdırmaq məqsədilə aparılmış tədqiqatın nəticələri təqdim edilir. Azərbaycanlı miqrantlar ABŞ-da kiçik, lakin sürətlə böyüyən bir icma təşkil edir. ABŞ-da yaşayan Azərbaycanlı yetkin şəxslər üzərində aparılmış (crosssectional) sorğunun nəticələri təhlil edilmişdir. Bu sorğu demoqrafik məlumatlar, sığorta təminatı, vətəndaşlıq/mühacirət statusu, əsas səhiyyə xidmətləri, vaksinasiya, iş, gəlir, mənzil vəziyyəti və ABŞ səhiyyə sisteminə münasibət barədə məlumatları əhatə edir. Deskriptiv statistikalar tərtib edilmişdir və Statistik Təhlil Sistemindən (SAS) istifadə edilmişdir. İştirakçıların əksəriyyəti işləyən yaş qrupuna (18-39 yaş) aid olub, 41,5%-i qadın, 58,5%-i kişi olmuşdur. Ümumilikdə, sığorta təminatı 82,9%-dir (72,9%-i özəl sığorta, 15,7%-i Medicaid və digər dövlət sığortası, 11,1%-i isə Medicare (ABŞ-ın Dövlət Səhiyyə Sığortası) ilə təmin olunmuşdur), 17,1%-i isə sığortasızdır. İştirakçıların 39%-i ABŞ-da 5 ildən az müddətdə yaşamışdır; 54,9%-i ABŞ vətəndaşıdır; vətəndaş olmayanlardan 43,8%-i sənədləşdirilmiş, 5%-i isə qeyri-qanuni olaraq yaşayır. Azərbaycanlı miqrantlar orta səviyyədə sığorta təminatına malikdirlər və əsas səhiyyə xidmətləri ilə təmin edilirlər. Lakin sağlamlıq xidmətlərinə dair məlumatlılıq və mədəni amillər kimi bəzi maneələr mövcuddur. Sağlamlıq məlumatlılığını artırmaq, səhiyyə xidmətlərinə yönləndirmə dəstəyi və uyğun qiymətli sığorta xidmətləri xüsusən yeni gələnlər və sığortasız olanlar üçün profilaktik müayinələrin və inteqrasiyanın yaxşılaşdırılmasına kömək edə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


