UŞAQLARDA BURUN ARAKƏSMƏSİ QIĞIRDAĞININ BUCAQŞƏKİLLİ DEFORMASİYASININ CƏRRAHİ KORREKSİYASI

Müəlliflər

  • R.Ş. Talışinskiy Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.3.19

Açar sözlər

septoplastika, qığırdaq, burun arakəsməsinin əyriliyi, rinologiya

Xülasə

Məqalədə uşaqlarda burun arakəsməsi qığırdaqının bucaqşəkilli əyriliyinin cərrahi korreksiyası üzrə klinik araşdırmanın nəticəsi təqdim edilir. Tədqiqatın məqsədi üz skeletinin inkişafına zərər vermədən burun tənəffüsünü bərpa etməyə yönəlmiş anatomik əsaslı, az travmatik cərrahi üsulun işlənib hazırlanması və tətbiqi olmuşdur. Təklif edilən metod burun çəpərinin çökək səthində mukoperixondriumun birtərəfli ayrılmasını, deformasiyaya uğramış qığırdaq hissələrinin ayrı-ayrılıqda mobilizasiyasını və iki paralel şaquli kəsik arasında əyilmiş qığırdaq zolağının çıxarılmasını nəzərdə tutur. Çəpər orta xətt boyunca yenidən yerləşdirildikdən sonra mukoperixondrial səhifələr tikilir və tamponada aparılır. Metod Rusiya Federasiyasının patentilə qorunur. Bu metodun 5-14 yaş arası 60 uşaq üzərində tətbiqi zamanı 95% hallarda burun tənəffüsündə əhəmiyyətli yaxşılaşma müşahidə edilmiş, heç bir ağırlaşma qeydə alınmamışdır. Bu da təklif olunan yanaşmanın yüksək effektivliyini və təhlükəsizliyini sübut edir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-11-06

Necə istinad edilir

Talışinskiy, R. (2025). UŞAQLARDA BURUN ARAKƏSMƏSİ QIĞIRDAĞININ BUCAQŞƏKİLLİ DEFORMASİYASININ CƏRRAHİ KORREKSİYASI. Azərbaycan Tibb Jurnalı, (3), 108–114. https://doi.org/10.34921/amj.2025.3.19

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR