UŞAQLIQ CİSMİNİN XƏRÇƏNGİ OLAN XƏSTƏLƏRİN QANINDA CA125 SƏVİYYƏSİ İLƏ RESİDİV RİSKİ ARASINDA ƏLAQƏ

Müəlliflər

  • Ə.M. İbrahimov Azərbaycan Tibb Universiteti
  • A.Y. Qazıyev Azərbaycan Tibb Universiteti
  • A.Ə. Həsənova Azərbaycan Tibb Universiteti
  • F.A. Novruzova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.3.04

Açar sözlər

endometrium xərçəngi, CA125, proqnoz, residiv

Xülasə

Məqalədə endometrium xərçəngi diaqnozu olan xəstələrdə əməliyyatdan əvvəlki CA125 səviyyəsinin xəstəliyin proqnozuna təsirini öyrənmək məqsədilə aparılmış tədqiqat işinin nəticələri şərh edilmişdir. Tədqiqat ATU-nun Onkoloji Klinikasında 2017 və 2024-cü illər arasında endometrium xərçənginə görə cərrahi əməliyyat icra edilən 217 xəstə üzərində aparılmışdır. Xəstələr CA125 səviyyəsinə uyğun olaraq iki qrupa ayrılmış, birinci qrupda 125, ikinci qrupda 42 xəstə olmuşdur. Hər iki qrupdakı xəstələrin klinik, histopatoloji nəticələr və residiv riskləri müqayisə edilmişdir. Orta müşahidə müddəti hər iki qrup üçün 36,95±1,18 ay olmuşdur. Xəstələrin orta yaşı 61,59±0,75, CA125 markerinin orta səviyyəsi isə 27,80±37,81 BV/mL idi. CA125 səviyyəsi yüksək olan qrupda residiv riski daha çox (p=0,025), residivsiz dövrün müddəti isə daha az olmuşdur (p=0,005). Tədqiqat nəticəsinə əsasən CA125 səviyyəsinin yüksək olması residiv riskini artırır (OR: 3,43, %95CI 1,13-10,37, p=0,029). Bu səbəbdən preoperativ CA125 səviyyəsi proqnoz və adyuvant müalicə qərarının müəyyənləşdirilməsində faydalı hesab edilmişdir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-11-06

Necə istinad edilir

İbrahimov, Ə.M., Qazıyev, A., Həsənova, A., & Novruzova, F. (2025). UŞAQLIQ CİSMİNİN XƏRÇƏNGİ OLAN XƏSTƏLƏRİN QANINDA CA125 SƏVİYYƏSİ İLƏ RESİDİV RİSKİ ARASINDA ƏLAQƏ. Azərbaycan Tibb Jurnalı, (3), 21–25. https://doi.org/10.34921/amj.2025.3.04

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR