KİÇİK ÇANAQ ORQANLARININ ODLU SİLAHLA ZƏDƏLƏNMƏLƏRİNİN ŞÜA DİAQNOSTİKASI
DOI
https://doi.org/10.34921/amj.2025.2.019Açar sözlər
şüa diaqnostikası, döyüş travması, çanaq orqanlarının zədələnməsiXülasə
Məqalədə döyüş əməliyyatları zamanı çanaq orqanlarının zədələnmələrinin şüa diaqnostikası metodları vasitəsilə tədqiqinin nəticələri təqdim edilib. Tədqiqata 37 xəstə cəlb edilmiş və ümumilikdə 68 zədələnmə (14 sidik kisəsi, 9 düz bağırsaq, 28 yumşaq toxuma və 17 çanaq sümükləri) – 8 küt və 60 qəlpə yarası qeydə alınmışdır. Göstərilmişdir ki, qəlpə yarasına küt yaraya nisbətən statistk etibarlı olaraq daha çox rast gəlinmişdir. Hemoperitoneum daxilə nüfuz edən çanaq zədələrinin, xüsusən də sidik kisəsinin yırtılmasının ən çox yayılmış dolayı əlaməti olmuşdur. Qəlpələri aşkar etməkdə rentgenoqrafiya ultrasəsdən (94,9%-ə qarşı 89,5% həssaslıq və 93,0%-ə qarşı 86,0%) daha yaxşı nəticə göstərmiş və hemoperitoneumun aşkar edilməsində ultrasəs müayinəsinin həssaslığı (97,1%) və dəqiqliyi (94,9%) daha yüksək olmuşdur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


