DİABETİK PƏNCƏ SİNDROMU OLAN XƏSTƏLƏRİN ANESTEZİYASI VƏ POSTOPERSİON AĞIRLAŞMALARININ MÜQAYİSƏLİ TƏHLİLİ
DOI
https://doi.org/10.34921/amj.2025.2.015Açar sözlər
ümumi anesteziya, regional anesteziya, anesteziyanın ağırlaşmalarıXülasə
Məqalədə diabetik pəncə sindromu olan xəstələrdə tətbiq edilən anesteziya göstəricilərinin və postopersion ağırlaşmalarının nəticələrinin öyrənilməsinə dair tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqatda son 5 il ərzində - 1 yanvar 2020-ci ildən 1 yanvar 2025-ci ilə qədər olan arxiv materiallardan istifadə edilmişdir. Tədqiqata cəlb edilən pasiyentlərin yaşı 28-dən 86-ya qədər olmuşdur. Cəmi 3396 xəstənin xəstəlik tarixləri təhlil edilmişdir, onlardan 2020 nəfəri kişi, 1376 nəfəri qadın olmuşdur. Göstəricilərin zamanla dəyişməsi öyrənilmiş, nisbi və orta qiymətlər hesablanmış, müxtəlif statistik populyasiyalardakı göstəricilər müqayisə edilmiş, statistik dəyərlərdəki fərqlərin etibarlılığı qiymətləndirilmişdir. Təhlillər göstərmişdir ki, regional anesteziyanın istifadəsi ildən-ilə tədricən artıb və ümumi və yerli anesteziyanın istifadəsini demək olar ki, tamamilə əvəz edib (p˂0,001). Xəstələrin xəstəxanada müalıcə müddəti təxminən 2 dəfə azalmışdır ki, bu da müalicə xərclərinin azalmasına imkan yaratmışdır. Postopersion ağırlaşmaların təhlili isə göstərmişdir ki, ən yüksək göstərici arterial hipotenziyadır. Bu, xəstələrin Amerika Anestezioloqlar Assosiasiyasına görə yüksək risk dərəcəsi ilə daxil olması, yanaşı xəstəliklərin olması və xəstələrin xəstəliyin gec mərhələsində daxil olması ilə əlaqədardır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


