I TİP KİARİ MALFORMASİYASININ AYRILIQDA VƏ SİRİNQOMİELİYA İLƏ AĞIRLAŞMIŞ FORMALARININ CƏRRAHİ MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ

Müəlliflər

  • N.V. Nəcəfbəyli Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.2.014

Açar sözlər

I Tip Kiari malformasiyası, siringomiyeliya, cərrahi müalicə, suboksipital dekompressiya, postoperativ nəticələr

Xülasə

Məqalədə I Tip Kiari malformasiyasına (MKI) görə aparılmış cərrahi müalicənin nəticələrini araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata cəlb edilmiş 102 xəstə 2 əsas qrupa bölünmüşdür: siringomiyeliyasız (A qrupu, n=46) və siringomiyeliyalı (B qrupu, n=56). Cərrahi müdaxilələr suboksipital kraniotomiyadan, C1/C2 fəqərə qövslərinin və subaraxnoid qişanın reviziyasından, beyincik badamcıqlarının termokoaqulyasiyasından və sərt beyin qışasının plastikasından ibarət olmuşdur. Postoperativ nəticələr Chicago Chiari Outcomes Scale (CCOS) ilə qiymətləndirilmişdir. B qrupunda sensor və motor disfunksiyalar daha yüksək tezliklə müşahidə edilmişdir. Erkən və aralıq dövrlərdə nevroloji simptomların reqressiyası A qrupunda statistik olaraq daha üstün olmuşdur (p<0,05). Uzaq dövr qiymətlən­dirmələrində hər iki qrupda müsbət klinik dinamika qorunub saxlanmışdır. CCOS üzrə orta yekun göstəricilər A qrupunda 14,04 ± 2,27, B qrupunda isə 13,52 ± 2,11 təşkil etmişdir. Bununla belə, B qrupunda rezidual simptomatika daha çox müşahidə edilmişdir. Tədqiqatın nəticələri MKI-nin cərrahi müalicəsinin ümumilikdə effektiv olduğunu təsdiqləməklə yanaşı, sirinqomiyeliya ilə ağırlaşmış hallarda erkən müda­xilənin və fərdi yanaşmanın klinik nəticələrinin yaxşılaşdırılmasında əhəmiyyətli olduğunu göstərir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-07-31

Necə istinad edilir

Nəcəfbəyli, N. (2025). I TİP KİARİ MALFORMASİYASININ AYRILIQDA VƏ SİRİNQOMİELİYA İLƏ AĞIRLAŞMIŞ FORMALARININ CƏRRAHİ MÜALİCƏSİNİN NƏTİCƏLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 85–90. https://doi.org/10.34921/amj.2025.2.014

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR