STRESLƏ ƏLAQƏLİ PSİXİ POZUNTUSU OLAN KOMBATANTLARDA DEPRESSİYA VƏ HƏYƏCAN ƏLAMƏTLƏRİ

Müəlliflər

  • D.İ. Boyko Poltava Dövlət Tibb Universitetinin Psixiatriya
  • O.V. Mats Poltava Dövlət Tibb Universiteti
  • Y.P. Martınenko Poltava Vilayət Şurasının Vilayət üzrə Psixiatrik Yardım Müəssisəsi
  • O.G. Oleynik Poltava Vilayət Şurasının Vilayət üzrə Psixiatrik Yardım Müəssisəsi
  • A.A. Çernov V.Q.Korolenko ad. Poltava Milli Pedaqoji Universiteti
  • L.O. Herasimenko Poltava Dövlət Tibb Universiteti
  • L.V. Jivotovska Poltava Dövlət Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2026.1.006

Açar sözlər

depressiya, həyəcan, adaptasiya pozulması, posttravmatik stres pozuntusu, müharibə, kombatantlar

Xülasə

Streslə əlaqədar psixi pozuntulara məruz qalmış döyüş iştirakçılarında həyəcanlanma və depressiya əlamətlərinin səviyyəsini öyrənmək məqsədilə tədqiqat aparılmışdır. Tədqiqata cəlb edilmiş 129 kombatant 3 qrupa bölünmüşdür: 1) adaptasiya pozuntusu olanlar – 36 nəfər; 2) posttravmatik stres pozuntusu (PTSP) olanlar – 63 nəfər; 3) psixi pozuntusu olmayanlar (kontrol qrupu) – 30 nəfər. Qiymətləndirmə məqsədilə MKB-10 meyarlarına əsasən klinik müayinə, Bekin (Beck) həyəcanlanma-narahatlıq sorğusu (Beck Anxiety Inventory) və Bekin depressiya sorğusu (Beck Depression Inventory – II) meyarlarından istifadə edilmişdir. Streslə əlaqəli pozuntuları olan döyüşçülərdə depressiya və həyəcanlanma səviyyəsinin kontrol qrupundakına nisbətən yüksək olduğu müşahidə edilmişdir. PTSP qrupunda depressiya əlamətləri (27,44±10,93) adaptasiya pozuntusu olanlar qrupundakına nisbətən yüksək (21,89±13,29; p=0,047) olmuşdur. Ağır depressiya halı PTSP qrupunda pasiyentlərin 39,7 %-də, adaptasiya pozuntusu qrupunda isə − 27,8 %-də bu müşahidə edilmişdir. Həyəcanlanma-narahatlıq səviyyəsi PTSP qrupunda ən yüksək səviyyədə (35,13±11,07) olmuş və adaptasiya qrupunda bir qədər aşağı nəticə vermişdir (27,57±16,93; p=0,026). PTSP qrupundakı pasiyentlərdən 93,7%-də, adaptasiya pozulması olan qrupun pasiyentlərindən isə 63,9 %-də güclü həyəcan hissi müşahidə edilmişdir. Narahatlıq səviyyəsi isə PTSP qrupunda daha yüksək olmuşdur. Alınmış nəticələrdən belə məlum olur ki, PTSP olan xəstələr daha çox narahatlıq keçirirlər və hər bir psixi pozuntu növü üçün fərdi şəkildə məqsədyönlü müalicə təyin etmək lazımdır.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-03-15

Necə istinad edilir

Boyko, D., Mats, O., Martınenko, Y., Oleynik, O., Çernov, A., Herasimenko, L., & Jivotovska, L. (2026). STRESLƏ ƏLAQƏLİ PSİXİ POZUNTUSU OLAN KOMBATANTLARDA DEPRESSİYA VƏ HƏYƏCAN ƏLAMƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 34–41. https://doi.org/10.34921/amj.2026.1.006

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR