HİPERHOMOSİSTEİNEMİYANIN β0-TALASSEMİYALI XƏSTƏLƏRDƏ İMMUN SİSTEMƏ TƏSİRİ

Müəlliflər

DOI

https://doi.org/10.34921/amj.2025.1.016

Açar sözlər

immunitet, homosistein, defensin, β0-talassemiya, immunoqlobulinlər

Xülasə

Məqalədə hiperhomosisteinemiyanın neytrofillərin aktivləşməsinə və nəticə olaraq α-defensinlərin sintezinin artmasına, həmçinin β0-talassemiya zamanı immunoqlobulinlərin disbalansına təsirinin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.
β0-talassemiya (böyük talassemiya) diaqnozu qoyulmuş 76 xəstənin qanı müayinə olunmuş, kontrol qrupu 20 sağlam donor təşkil etmişdir. Xəstələr iki qrupa bölünmüşdür: splenektomiya edilməmiş və splenektomiya edilmiş xəstələr(müvafiq olaraq 41 və 35 nəfər). Biokimyəvi göstəricilərdən qanda ferritin, hemoqlobin, plazma dəmiri və bilirubin fraksiyaları səviyyələri həmçinin qaraciyər funksiyasını əks etdirən parametrlərin, ALT, AST, qələvi fosfataza və qamma-qlütamiltransferazanın konsentrasiyaları müəyyən edilmişdir. Defenzin konsentrasiyası ELISA metodu ilə təyin olunmuşdur. İmmunoqlobulin A, M, G immune göstəriciləri Mancini metodu ilə, homosistein konsentrasiyaları isə kimyəvi luminesent üsulu ilə müəyyən olunmuşdur.
Tədqiqat göstərmişdir ki, β0-talassemiyalı xəstələrinin qanında həm biokimyəvi, həm də immunoloji göstəricilərdə əhəmiyyətli dəyişikliklər baş verir. Dəmir mübadiləsi göstəricilərində (ferritin və serum dəmirinin artımı) dəyişikliklər müəyyən edilmişdir. Bilirubin mübadiləsinin pozulması daha çox ikinci qrup xəstələrdə müşahidə olunmuşdur. Bununla yanaşı, β0-talassemiyalı xəstələrdə immunoqlobulinlərin (IgA və IgG artmış, IgM isə norma daxilində qalmışdır) disbalansı şəklində ifadə olunan immun sistemin aktivləşmə əlamətləri qeyd edilmişdir. Qan serumunda homosisteinin qatılığının artması hər iki qrup xəstədə α defensinlərin səviyyəsinin artımı ilə müşayiət edilmişdir.
Beləliklə, β0-talassemiyalı xəstələrdə hiperhomosisteinemiyanın immun sistem hüceyrələrinin əlavə aktivləşməsinə səbəb ola biləcəyi ehtimal edilə bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-03-19

Necə istinad edilir

Dadaşova, A. (2025). HİPERHOMOSİSTEİNEMİYANIN β0-TALASSEMİYALI XƏSTƏLƏRDƏ İMMUN SİSTEMƏ TƏSİRİ . Azərbaycan Tibb Jurnalı, (1), 94–99. https://doi.org/10.34921/amj.2025.1.016

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR