TƏKRAR HAMİLƏ OLAN QADINLARDA DƏMİR MÜBADİLƏSİNİN BİOKİMYƏVİ MEXANİZMLƏRİ

Müəlliflər

  • İ.C. Şahverdiyeva Azərbaycan Tibb Universiteti
  • Z.M. Məmmədov Bakı Dövlət Universiteti
  • F.İ. İslamzadə Azərbaycan Tibb Universiteti
  • L.Ə. Kərimova Bakı Dövlət Universiteti
  • İ.A. Kərimova Azərbaycan Tibb Universiteti
  • V.İ. Yaqubova Azərbaycan Tibb Universiteti
  • L.M. Qurbanova Qərbi Kaspi Universiteti
  • S.A. Bağırova Azərbaycan Tibb Universiteti
  • N.F. Lətifova Azərbaycan Tibb Universiteti
  • D.A. Əliyeva Avropa Azərbaycan məktəbi

DOI

https://doi.org/10.34921/amj.2025.1.018

Açar sözlər

dəmir, anemiya, hamiləlik, hepsidin, ferroportin

Xülasə

Məqalədə təkrari hamiləlik zamanı müxtəlif trimestrlərdə anemiyadan əziyyət çəkən qadınlarda dəmir mübadiləsi göstəricilərinə dair tədqiqatın nəticələri təqdim edilmişdir. 39 hamilə qadının qanında təkrar hamiləlik zamanı serum dəmiri, ferroportin, transferrin, ferritin və hepsidinin konsentrasiyaları tədqiq edilmişdir. Kontrol qrupuna anemiyanın əlamətləri olmayan 19 hamilə qadın daxil edilmişdir. Anemiya diaqnozu qoyulmuş qadınlarda aparılmış analizlər nəticəsində qan serumunda dəmirin, ferritinin və hepsidinin səviyyələrinin əhəmiyyətli dərəcədə azaldığı, ferroportin və transferinin isə artdığı müəyyən edilmişdir. Qeyd edilmişdir ki, hamiləliyin müddəti artdıqca dəmir mübadiləsinin pozulmaları da dərinləşir. Beləliklə, dəmir mübadiləsinin müxtəlif göstəricilərinin kompleks qiymətləndirilməsi hamilə qadınlarda dəmir çatışmazlığı anemiyasının patogenezinin daha dərindən başa düşülməsinə, həmçinin xəstəliyin erkən diaqnostikasına və uyğun müalicə strategiyalarının hazırlanmasına kömək ola bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-03-19

Necə istinad edilir

Şahverdiyeva, İ.C., Məmmədov, Z., İslamzadə, F., Kərimova, L., Kərimova, İ.A., Yaqubova, V., … Əliyeva, D. (2025). TƏKRAR HAMİLƏ OLAN QADINLARDA DƏMİR MÜBADİLƏSİNİN BİOKİMYƏVİ MEXANİZMLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 105–110. https://doi.org/10.34921/amj.2025.1.018

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR