COVID-19 KEÇİRMİŞ UŞAQLARDA MULTİSİSTEM İLTİHABİ SİNDROMUN KLİNİK-İMMUNOLOJİ TƏZAHÜRLƏRİ VƏ GEDİŞİ

Müəlliflər

  • S.M. Cəfərova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.1.003

Açar sözlər

Multisistem iltihabi sindrom, COVID-19, SARS-CoV-2, uşaqlar

Xülasə

Məqalədə COVID-19 keçirmiş uşaqlarda multisistem iltihabi sindromun (MİS-C) klinik və laborator parametrlərini, xəstəliyin gediş xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə tədqiqata 1-17 yaş qrupunda olan 120 xəstə uşaq daxil edilmişdir. Xəstələrin müayinə metodlarına anamnestik və epidemioloji məlumatlar daxil edilmiş, eyni zamanda klinik, instrumental, laborator müayinələr tədqiq edilmişdir. Müayinələr xəstəliyin kəskin dövründə apa rılmışdır. Xəstəliyin diaqnostikasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Amerika Birləşmiş Ştatları Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin klinik-diaqnostik meyarlarına istinad edilmişdir. Bütün xəstələrdə keçirilmiş COVID-19 virusu ilə təması aşkarlamaq üçün tipik diaqnoz protokola uyğun olaraq nazofaringeal yaxmanın zəncirşəkilli polimeraza reaksiyası (ZPR), sürətli antigen testi , yaxud İFA üsulu ilə COVID-19-a qarşı İgM və İgG anticisimləri müəyyən edilmişdir. Tədqiqata daxil edilən 108 xəstədə SARS CoV2 İgG müsbət, SARS-CoV2 İgM neqativ olmuşdur. Xəstələrdən 4 nəfərdə COVİD-19 PZR, 8 nəfərdə isə SARS-CoV-2 sürətli antigen testi müsbət olmuşdur. Əldə etdiyimiz nəticələr MİS-C-nin keçirilmiş COVİD-19 infeksiyası təsirindən baş verdiyini əks etdirir və alınmış nəticələr bir çox ədəbiyyat məlumatları ilə uzlaşır.
Aparılmış laborator müayinələr əsasında qan serumunda neytrofilyoz, limfopeniya və trombositoz, EÇS in yüksəlməsi qeyd edilmişdir. Həmçinin CRP, prokalsionin, ferritin, D-dimer, pro-BNP, Troponin I, fibrinogen səviyyəsinin artması müəyyən edilmişdir. Bu hal xəstəliyin ağırlıq meyarları kimi dəyərləndiril mişdir. CRP, prokalsitonin, D-dimer, Troponin I, ferritinin qanda səviyyəsi xəstəliyin klinik gedişinin ağırlıq dərəcəsi ilə düz mütənasib olduğu müəyyən edilmişdir. Pro-BNP və D-dimer üçün qəbuledici performans əyrisi digər biomarkerin əyrisi altındakı ən böyük sahəni yaratmışdır.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-03-19

Necə istinad edilir

Cəfərova, S. (2025). COVID-19 KEÇİRMİŞ UŞAQLARDA MULTİSİSTEM İLTİHABİ SİNDROMUN KLİNİK-İMMUNOLOJİ TƏZAHÜRLƏRİ VƏ GEDİŞİ. Azərbaycan Tibb Jurnalı, (1), 17–22. https://doi.org/10.34921/amj.2025.1.003

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR