BÖYÜK β-TALASSEMİYALI XƏSTƏLƏRDƏ ORTODONTİK MÜALİCƏNİN OPTİMALLAŞDIRILMASI VƏ BU NƏTİCƏLƏRİN KLİNİK VƏ RENTGENOLOJİ XÜSUSİYYƏTLƏRƏ ƏSASƏN QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

  • R.V. Şadlinskaya Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2024.4.016

Açar sözlər

üz-çənə anomaliyaları, β-talassemiya, kraniofasial ölçülər, ortodontik müalicə, antropometriya

Xülasə

Məqalədə böyük β-talassemiyalı pasiyentlərdə kraniofasial dəyişikliklərin klinik və rentgenoloji xüsusiyyətlərini təhlil etmək və bu kateqoriya pasiyentlərin ortodontik müalicə üsullarını təkmilləşdirlmək məqsədilə aparılan tədqiqatın nəticələri təqdim olunub. Tədqiqata 321 xəstə cəlb edilmişdir. Bütün xəstələrdə baş və üzün yumşaq və sümük toxumalarının klinik və rentgenoloji müayinələri aparılmışdır. Enql təsnifatına görə 2-ci sinif olan 26 böyük β-talassemiyalı xəstə (orta yaş 12.2±1.9) ortodontik müalicə almışdır. Çənənin böyümə istiqamətini dəyişdirmək və sagittal müstəvidə çənə və əngin əlaqəsini optimallaşdırmaq üçün Twin-blok funksional aparatından istifadə edilmişdir. Tədqiqat zamanı böyük β-talassemiyalı xəstələrdə xarakterik skelet və üz dəyişiklikləri, o cümlədən çənə əsasının və şaxəsinin qısalması, əngin sagittal istiqamətdə uzanması, distal və açıq dişləmin formalaşması müşahidə edilmişdir. Qarışıq dişləm mərhələsində Twin-blok aparatının tətbiqi nəticəsində üz-çənə nahiyəsinin çənələrarası əlaqələri və funksiyaları yaxşılaşmışdır. Böyük β-talassemiya zamanı kraniofasial dəyişikliklərinin inkişafını müəyyən edən antropometrik parametrlərin orta dəyərlərinin təhlili xəstələrin üzçənə kompleksinin dəyişmə dərəcəsini qiymətləndirməyə imkan verir, sağlamlığının yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayır və ortodontik tədbirlərin optimallaşmasına kömək edir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2024-12-25

Necə istinad edilir

Şadlinskaya, R. (2024). BÖYÜK β-TALASSEMİYALI XƏSTƏLƏRDƏ ORTODONTİK MÜALİCƏNİN OPTİMALLAŞDIRILMASI VƏ BU NƏTİCƏLƏRİN KLİNİK VƏ RENTGENOLOJİ XÜSUSİYYƏTLƏRƏ ƏSASƏN QİYMƏTLƏNDİRİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (4), 101–109. https://doi.org/10.34921/amj.2024.4.016

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR