İNSAN İMMUNODEFİSİTİ VİRUSUNA YOLUXMUŞ XƏSTƏLƏRDƏ TOKSOPLAZMOZ ENSEFALİTİNİN GEDİŞATININ KLİNİK XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2024.4.013Açar sözlər
toksoplazmoz ensefaliti, HİV infeksiyası, kliniki xüsusiyyətlərXülasə
Məqalədə HİV-ə yoluxmuş 23 xəstədə toksoplazmoz ensefalitinin (TE) klinik xüsusiyyətləri və müayinələrin nəticələrinin retrospektiv analizi təqdim edilmişdir. Pasiyentlərdən 11 nəfər (47,8%) kişi, 12 nəfər (52,2%) qadın, yaşı 31-dən 55-ə qədər (orta yaş isə 37,5 ± 0,38 il) olmuşdur. Xəstələrin periferik qanında CD4+ limfositlərinin orta sayı 102,5 ± 21,2 hüceyrə/mkl, diaqnoz qoyulduqda isə plazmadakı HİV RNT yükü orta hesabla 292773,8 ± 113180 /ml idi. Bütün xəstələrdə HİV infeksiyasının 4-cü mərhələsi (CDC təsnifatına görə, 1993) təsdiq edilmişdir. Toksoplazmoz infeksiyası qanın seroloji analizində (ELISA metodu üzrə toksoplazmaya qarşı IgG anticisimciklərinin olması) ilə təsdiqlənmiş, toksoplazmoz ensefalitinin isə MRT zamanı beyində xarakterik müşahidələrdən aydın olmuşdur ki, dəyişikliklərə görə təsdiqlənmişdir. HİV-ə yoluxmuş xəstələrdə toksoplazmoz ensefalitinin diaqnozu tədricən inkişaf edir və xəstəliyin ilkin təzahürləri kimi idrak və psixi pozuntular özünü göstərir, daha sonra isə lokal nevroloji pozuntular (hemiparezlər, qıcolmalar, nitq problemləri) təzahür edir. Xəstəliyin başlanğıcında toksoplazmaoz diaqnozu təsdiqlənmiş bütün HİV xəstələri toksoplazmoz ensefalitinin inkişaf riski qrupuna daxil edilə bilər. CD4+ hüceyrələrinin səviyyəsi 200 hüceyrə/mkl-dən aşağı düşdükdə toksoplazmoz ensefaliti (TE) və bu, çoxsaylı simptomlarla xarakterizə olunur. Tədqiqatdan aydın olmuşdur ki, HİV-ə yoluxmuş xəstələrdə TE-nin inkişafı zamanı beyin əlamətlərinin müxtəlifliyi toksoplazmoz infeksiyasının ağırlıq dərəcəsindən, aktivliyindən və müddətindən asılıdır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


