COVID-19 KEÇİRMİŞ XƏSTƏLƏRDƏ BEYİN HEMODİNAMİKASININ XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2024.4.008Açar sözlər
COVID-19, beyin hemodinamikasi, psichika pozulmaları, doppleroqrafiyaXülasə
Məqalədə COVID-19 keçirmiş 74 xəstədə beyin damarlarinin doppleroqrafiyasinın nəticələri təqdim edilib (psixi pozuntusu olan 39 nəfər – I grup, normal psixikaya malik, 35 nəfər – II qrup). Orta beyin arteriyaları (OBA) arasindaki qan axınının dəqiqəlik həcminin (QADH) asimmetriya dərəcəsi və beyin venalarınin görüntülənməsi araşdırılmışdır. QADH asimmetriyası 20%-dən az hüdudda I qrupda 8 (20,5±6,5%) və II qrupda 18 (51,4±8,4%) xəstədə (p<0,01), 21-40% hüdudda – 15 (38,5±7,8%) və 12 (34,3±8,0%) xəstədə, 40%-dən çox hüdudda – 16 (41,0±7,9%) və 5 (14,3±5,9%) xəstədə (p<0,01) müşahidə edilmişdir. Göstərilmişdir ki, Rosenthal venası I qrupda 36 (92,3±4,3%), II qrupda 25 (71,4) xəstədə (p<0,05), orta beyin venası – 32 (82,1±6,1%) və 19 (54,3±6,3%) xəstədə (p<0,05), düz sinus – 35 (89,7±4,9%) və 21 (60,0±8,3%) xəstədə (p<0,01) görüntülənib. Tədqiqatın nəticələri göstərir ki, psixika pozulması olan COVID-19 keçirmiş xəstələrdə orta beyin arteriyaları arasindaki qan axınının dəqiqəlik həcminin 40%-dən çox asimmetriyası və beyin venalarının görüntülənmə tezliyi psixika pozulması olmayanlara nisbətən daha tez-tez (p<0,01) qeydə alınır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2025 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


