QADIN ÇANAĞININ PELVİOMETRİK GÖSTƏRİCİLƏRİNİN YAŞLA ƏLAQƏLİ XARAKTERİSTİKASI

Müəlliflər

  • E.Ə. Xıdırov Azərbaycan Tibb Universiteti
  • Ş.F. Qanbayeva Azərbaycan Tibb Universiteti
  • N.N. İsayev Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.1.016

Açar sözlər

qadın çanağı, pelviometrik parametrlər, osteometriya

Xülasə

Məqalədə qadın çanağının yaşla əlaqəli dəyişikliklərinin öyrənilməsinə dair tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqat göstərmişdir ki, gənclik yaşı dövrünü əhatə edən preparatların tədqiqinin nəticələrinə əsasən, ən çox kənəraçıxma çanaq hündürlüyü, həqiqi konyuqata və çəp diametrlərə məxsus göstəricilərdə müşayiət edilir (müvafiq olaraq: 25,5sm>X>18,0 sm; 12,5 sm >X>7,3 sm; 13,2 sm >X>7,8 sm). Ən az variabellik isə, kiçik çanaq girəcəyinin köndələn diametrinə (12,9 sm >X>9,6 sm); kiçik çanaq boşluğunun dar hissəsinin düz diametrinə (11,4 sm >X>7,9 sm) və həmin hissənin köndələn ölçüsünə aiddir. I yetkinlik yaşı qrupunda osteometriyanın nəticələrinə görə  çanağın   hündürlük və köndələn parametrlərı üstünlük təşkil edir. Lakin çəp diametrin dəyişkənliyi bir qədər aşağı düşdüyünə görə (13,3sm>X>8,3sm), diaqonal konyuqatanın variabelliyinin artması (14,0sm >X>7,7sm) nəzərə çarpır. II yetkinlik  yaşı dövründə də kiçik çanağın ölçüləri, ümumiyyətlə, yüksək olmayan dispersiya göstəricilərinə malikdir, baxmayarq ki, bütün parametrlərin orta göstəriciləri  16-20 yaş qruplarından fərqli olaraq yüksək olmuşdur. II yetkinlik yaşı kateqoriyasında  ən çox fərqlilik  çanaq hündürlüyü (26,5sm >X>16,9sm; S=2,12), daraqarası məsafə (30,0sm>X>22,0 sm; S=2,26), və diaqonal konyuqata (13,8 sm >X>7,8 sm; S=1,49) parametrlərində müşahidə olunur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-25

Necə istinad edilir

Xıdırov, E., Qanbayeva, Ş.F., & İsayev, N. (2022). QADIN ÇANAĞININ PELVİOMETRİK GÖSTƏRİCİLƏRİNİN YAŞLA ƏLAQƏLİ XARAKTERİSTİKASI. Azərbaycan Tibb Jurnalı, (1), 99–104. https://doi.org/10.34921/amj.2022.1.016

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT